Hind okeanında gəmi qəzası: 250 miqrant itkin düşüb
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hind okeanında miqrantları daşıyan gəminin batması nəticəsində uşaqlar da daxil olmaqla, təxminən 250 nəfər itkin düşüb.
AZƏRTAC xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və Beynəlxalq Miqrasiya Təşkilatının ilkin məlumatına görə, Banqladeşdən Malayziya istiqamətində yola çıxan gəmi güclü külək, yüksək dalğalar və hədsiz yüklənmə səbəbindən aşıb.
Banqladeş bayrağı altında üzən gəmi yalnız doqquz nəfəri xilas edə bilib.
Miqrantların etnik mənsubiyyətcə myanmalı rohinca müsəlmanları olduğu bildirilir. 2017-ci ildə onların etiraz aksiyaları qəddarcasına dağıdıldıqdan və hücumlar başladıqdan sonra yüz minlərlə insan Myanmadan qaçıb.
Qaçqın düşərgələrindəki sərt şərait bir çox rohinca müsəlmanını daha təhlükəsiz yer saydıqları Malayziyaya getmək üçün çox riskli addımlara məcbur edir.
Baxış sayı:172
Bu xəbər 16 Aprel 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















