Icma.az
close
up
RU
Hind quşları Ağ Evə necə ayaq açdı? Şükran gününün qanlı tarixçəsi

Hind quşları Ağ Evə necə ayaq açdı? Şükran gününün qanlı tarixçəsi

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hər il  ABŞ-da noyabr ayının 4-cü cümə axşamı Şükran günü kimi qeyd edilir. Həmin gün prezidentə bir diri hind quşu gətirilir, o da həmin quşun buraxılmasını tələb edir.

Bəs bu bayram necə yaranıb, hind quşunun Ağ Evə ayaq açmasının tarixçəsi nə ilə bağlıdır?

Moderator.az “Belə yaranıb” rubrikasında bu barədə məlumat verir.

Öz ölkələrindəki dini təzyiq və zülmlərdən qaçan İngiltərədəki prostestant-puritan kilsəsinin radikal qoluna mənsub bir qrup ingilis 1620-ci ildə Amerikanın cənub-şərqindəki Plimut məntəqəsinə ( Massaçuset ştatında şəhər) pənah gətirmişdilər. Buradakı ilk qış çox ağır keçdi, aclıq və xəstəlikdən yüzlərlə protestantın yarıdan çoxu qırıldı.

1621-ci ilin yazında ingilislər “hindu” adlandırdıqları yerli tayfaların köməyinə möhtac qaldılar. Hindular avropalılara o torpaqlarda hansı bitkiləri yetişdirmək və ov etməyin qaydalarını öyrətdilər. Gəlmələr torpağı əkib-becərməyə başladılar. Nəhayət, 1621-ci ilin payızında zəhmətlərinin bəhrəsi olaraq bol məhsul əldə etdilər. Plimutda Şükran günü məhz həmin vaxt Amerika qitəsinə ilk ayaq basan bir neçə ingilis müstəmləkəçisinin hindularla birgə ova getməsi ilə başladı. Bir gün o qədər çox heyvan və quş tutdular ki, təxminən 50 adamlıq qrupa bir həftə kifayət etdi. Əfsanəyə görə, bunlar əsasən, hazırda hind toyuğu, hind quşu, yaxud hinduşka adlanan quşlar olub. 

Birgə ovdan sonra, təxminən, 90 nəfərlik bir yerli hindu qrupu düşərgəyə gəldi. İngilis mühacirlər əvvəl narahat olsalar da, sonradan qruplar qaynaşdı və bir neçə gün davam edən bir mərasim təşkil edildi. Dil maneəsi səbəbi ilə bir-birini çox da yaxşı anlamayan bu iki qrup arasında oyunlar və müsabiqələr təşkil etdilər. Bu hadisə iki tərəf arasında 1670-ci illərdəki Kral Filip döyüşünə qədər davam edəcək bir sülhün təməlini qoydu. Plimut koloniyasının ilk qubernatoru U.Bledford həmin günü onlara bolluq yetirdiyinə görə Tanrıya şükür etmə günü kimi qeyd etməyi təklif etdi. Eyni zamanda, o gün ingilislərlə hindular bundan sonra bir-birlərinə dəstək vermək barədə qardaşlıq andı içdilər.

Təəssüf ki, ingilislər hinduların bu yardımına minnətdar olmaq yerinə, sonradan güc toplayıb, öz andlarını pozdular və bütün Amerikadakı aborigen tayfaların kökünü kəsməyə başladılar. 1675-1676-cı illər arasında baş verən döyüşlərdə yüzlərlə koloniyaçı və minlərlə hindu həlak oldu.

Buna rəğmən, əsasən, protestant avropalılar Şükran gününü unutmadılar. 1789-cu ildə ABŞ-ın ilk prezidenti Corc Vaşinqton hər il noyabrın 26-nı Şükran günü kimi keçirməyi təklif etdi. 

Şükran gününün ertəsi günü isə ABŞ-da qeyri-rəsmi olaraq “qara cümə” adlanır. O gün bütün ölkədə yüksək endirim kampaniyaları həyata keçirilir. Şükran və Milad bayramlarında diri hind quşunun prezident masasına gətirilməsi ənənəsi çoxdan yaranıb. 

Hinduşkanı əfv etmək ənənəsinin əsasını isə 1963-cü il noyabrın 21-də ölümündən bir gün öncə Con Kennedi qoyub. Onun masasına gətirilən və boynuna “Nuş olsun, cənab prezident” sözləri yazılmış hinduşkaya baxaraq deyib: “Biz bu quşun böyüməsinə imkan verəcəyik. Qoy, bu, Şükran günü ilə bağlı ona hədiyyəmiz olsun!”.

Maraqlıdır ki, hind quşunu əfv edən ABŞ prezidenti ertəsi gün – “qara cümə”də özü sui-qəsdin qurbanı olub. Kennedi öldürülsə də, ondan sonra Ağ Evə gətirilən hind quşlarının əfv edilməsi ənənəsi davam etdirilib. (lent.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Noyabr 2024 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri