Hindistan ABŞ enerji razılaşması: Yeni Dehli Çindən uzaqlamı?
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın dövlət neft emalı zavodları gələn ildən başlayaraq ABŞ-dən 2,2 milyon ton mayeləşdirilmiş qaz idxalı üçün ilk uzunmüddətli müqavilə imzalayıb.
Bu barədə “Blumberq” nəşri məlumat yayıb.
Qeyd olunur ki, bu, Vaşinqton və Yeni Dehli arasında ticarət sazişinin bağlanmasına təkan verə və ABŞ qazının Hindistana ixracını əhəmiyyətli dərəcədə artıra bilər.
Hindistanın neft naziri Hardip Puri bildirib ki, müqavilə ölkədə Amerika mənşəli mayeləşdirilmiş qazın payını 0,6%-dən 10%-ə yüksəldəcək.
Bu kontekstdə bildirilir ki, Hindistanda mayeləşdirilmiş qazın istehlakı son on ildə 74% artıb. Buna Baş nazir Narendra Modinin aztəminatlı ailələrin biokütlədən daha təmiz yemək bişirmə yanacağina keçidinə kömək etməyə yönəlmiş kampaniyası səbəb olub.
Jurnalistlər imzalanmış müqaviləni Hindistan və ABŞ arasında enerji əlaqələrini gücləndirməyə yönəlmiş strateji addım kimi qiymətləndirirlər.
Çünki Yeni Dehli ABŞ bazarına ixrac edilən Hindistan məhsullarına tətbiq olunan rüsumların azaldılması məqsədilə Vaşinqtonla ticarət sazişi bağlamağa çalışır.
Görəsən, bu addım Hindistanın enerji mənbələrini diversifikasiya siyasətində hansı yeni istiqamət açır və ABŞ üçün bu müqavilə Hindistanı Çindən uzaqlaşdırmaq məqsədi daşıyırmı?
Hindistanın ABŞ ilə imzaladığı 2,2 milyon tonluq LNG müqaviləsi ölkənin enerji siyasətində üç əsas istiqamətdə dönüş yaradır:
Birincisi, tədarük marşrutlarının genişlənməsi istiqamətidir. Yəni indiyə qədər Hindistan LNG-nin böyük hissəsini Qətər, Avstraliya və Rusiya kimi ənənəvi tədarükçülərdən alırdı. ABŞ qazının payının 0,6%-dən 10%-ə yüksəldilməsi Hindistanı tək bir regiondan asılılıqdan çıxarır, enerji böhranları və geosiyasi təzyiqlərə qarşı daha davamlı edir, təchizat risklərini minimuma endirir. Bu da Yeni Dehlinin uzun müddətdir həyata keçirdiyi “multi-supply strategy”nin real nəticəyə çevrilməsidir.
Digər istiqamətlər isə qlobal bazara bağlılığın güclənməsi və daxili enerji keçidinə dəstək istiqamətidir.
Bir sözlə, nəticə olaraq onu demək olar ki, ABŞ-dən LNG idxalı Hindistan üçün enerji təhlükəsizliyi, ABŞ üçün isə geosiyasi təsir mexanizmi yaradır. Bu əməkdaşlıq Hindistanı Çindən qismən uzaqlaşdırır, ABŞ–Hindistan strateji tərəfdaşlığını gücləndirir, Asiya güc balansında yeni dinamika yaradır.
Orxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Noyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















