Hindistan ABŞ ilə yeni ticarət sazişinə nail olmağa çalışacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hindistan hökuməti ABŞ-ın tətbiq etdiyi rüsumlara cavab tədbirləri görməyəcək və bunun əvəzinə, ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə ikitərəfli ticarət sazişi üzrə danışıqlara diqqət yetirəcək.
APA xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
“Nyu-Dehli ABŞ ilə qarşıdurma deyil, dialoq yolu ilə irəliləməyə çalışır”, — deyə məlumatda deyilir.
Bundan əlavə bildirilir ki, fevral ayında Hindistanın Baş naziri Narendra Modi və Donald Tramp arasında görüş baş tutub və hər iki lider ticarət əlaqələrini gücləndirmək və payız aylarınadək ikitərəfli saziş üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.

Bayden: ABŞ Qəzzada atəşkəsə nail olmağa çalışacaq
27 Noyabr 2024 17:12
Tramp Venesuelada hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq KİV
19 Yanvar 2025 19:32
Bloomberg: Hindistan ABŞ ilə yeni ticarət müqaviləsi axtarır
07 Aprel 2025 10:11
Türkiyə 2053cü ilə qədər bu hədəfə nail olmağa çalışacaq Nazir
20 Noyabr 2024 14:59
Rusiya nizamlama prosesinə mane olmağa çalışacaq
15 Avqust 2025 14:17

