Hindistan Baş naziri Pakistana hava hücumlarını dayandırdıqlarını açıqladı
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Hindistan Pakistana zərbələri hələlik dayandırıb, gələcək hərəkətlər İslamabadın atacağı addımlardan asılı olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi “Sindur” əməliyyatının başlanmasından sonra xalqa ilk müraciətində bildirib.
“Yenicə Pakistana zərbələrimizi dayandırdıq. Hindistanın növbəti addımları Pakistanın gələcəkdə nə edəcəyindən asılı olacaq”, - o deyib.
Xatırladaq ki, Hindistan mayın 6-da Pakistanda qarşı “Sindur” əməliyyatına başlayıb. Pakistanın müdafiə naziri Havaca Asif bildirib ki, zərbələr yalnız mülki hədəflərə vurulub. Bundan sonra rəsmi İslamabad da əks addımlar ataraq mayın 10-na keçən gecə Hindistana qarşı “Bunyan um Marsus” (“Möhkəm divar”) adlı hərbi əməliyyata başlayıb.
Tərəflər arasındakı gərginlik aprelin 22-də Pahalqamda 26 nəfərin ölümü ilə nəticələnən turistlərə qarşı hücumdan sonra başlayıb. Hindistan hadisəyə görə Pakistan kəşfiyyatını günahlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 May 2025 19:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















