Icma.az
close
up
RU
Hindistan konkret addımlar şərti ilə Pakistanla dialoqa başlaya bilər Deputat

Hindistan konkret addımlar şərti ilə Pakistanla dialoqa başlaya bilər Deputat

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"Hindistan, Pakistanın terrorla mübarizə sahəsində konkret addımlar atacağı təqdirdə onunla dialoqu bərpa etməyə hazır ola bilər".

Bizimyol.info xəbər verir ki, bu barədə Hindistan parlamentinin aşağı palatasının xarici işlər üzrə komitəsinin sədri, Hindistanın Braziliyaya göndərdiyi bütünpartiyalı parlament nümayəndə heyətinin rəhbəri Şaşi Tharoor NDTV telekanalına bildirib.

"Dialoq mümkündür, lakin Pakistan öz ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalarla bağlı siyasətində real dəyişiklik nümayiş etdirməlidir", – deyə Tharoor qeyd edib.

Hindistanlı siyasətçiyə görə, Yeni Dehli həmişə sülh yolu ilə əməkdaşlığa hazır olub, lakin terrorizm xarici siyasətin aləti olaraq qaldığı müddətdə danışıqların qeyd-şərtsiz bərpası mümkün deyil. "Pakistan öz kursunu dəyişməyənədək Hindistan diplomatik yaxınlaşma məsələsində ehtiyatlı davranacaq", – deyə o vurğulayıb.

Yeni Dehli ilə İslamabad arasındakı münasibətlər, 22 aprel tarixində Hindistanın Cammu və Kəşmir İttifaq Ərazisində yerləşən Pahalgamda baş vermiş və 25 hindistanlının və 1 Nepal vətəndaşının həyatını itirdiyi terror aktından sonra daha da gərginləşib. Hindistan, bu hücumun arxasında Pakistanın Hərbi Kəşfiyyat İdarəsinin (ISI) dayandığına dair sübutlara sahib olduğunu bildirib. Pakistan isə sübutu olmayan bu iddiaların yalan olduğunu deyir.

Mayın 7-nə keçən gecə Hindistan Silahlı Qüvvələri "Sindur" adlı hərbi əməliyyata başlayaraq Pakistan ərazisindəki terrorçu mövqelərinə zərbələr endirib. Cavab olaraq, Pakistan da zərbələr endirib. Mayın 10-da tərəflər atəşkəsin tam olaraq bərpa edildiyini elan ediblər. Hindistan rəsmilərinin bildirdiyinə görə, "Sindur" əməliyyatı dayandırılıb, lakin tamamilə başa çatmayıb.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 İyun 2025 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri