Icma.az
close
up
RU
Hindistan Pakistan gərginliyi səngimir: BMT öz rolunu oynaya bilmir

Hindistan Pakistan gərginliyi səngimir: BMT öz rolunu oynaya bilmir

Sfera.az saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında vasitəçi olmağa hazır olduğunu açıqlayıb. Onun bu bəyanatı regionda sülhün mümkünlüyü məsələsini yenidən gündəmə gətirib. 


Bəs BMT-nin baş katibi bu mürəkkəb prosesdə real sülh əldə olunmasına nail ola bilərmi? Sülh üçün əsas maneələr hansılardır və bu maneələrin aradan qaldırılmasında Quterreşin rolu nə qədər təsirli ola bilər?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, Quterreşin təşəbbüsü humanitar baxımdan müsbət sayılsa da, real nəticə doğuracağı inandırıcı görünmür:


“BMT Baş katibi Quterreşin Hindistan və Pakistan arasında vasitəçilik etməklə bağlı təşəbbüsü təqdirəlayiqdir. Amma hesab etmirəm ki, BMT bu prosesdə effektiv vasitəçilik rolunu mükəmməl şəkildə oynaya bilər. Əgər BMT həqiqətən bu məsələdə təsirli fəaliyyət göstərə bilsəydi, Kəşmir bu gün Hindistanın işğalında qalmaz, problem bu mərhələyə gəlib çıxmazdı”.


Politoloq həmçinin bildirib ki, münaqişənin dərinləşməsində maraqlı olan beynəlxalq aktorlar da mövcuddur və bu, BMT-nin təsir imkanlarını daha da zəiflədir:


“Beynəlxalq hüququ açıq şəkildə pozan nümunələr ortadadır. Hindistanın 1960-cı ildə Pakistanla imzaladığı su anlaşmasından birtərəfli qaydada çıxması belə hallar sırasına daxildir. Bu, əslində savaş səbəbi kimi də qiymətləndirilə bilər”.


O.Qasımovun fikrincə, yaranmış böhranda həll yolunu təsirli şəkildə irəli apara biləcək əsas güclər ABŞ və Çindir:


“Pakistanın Çinlə, Hindistanın isə ABŞ ilə strateji tərəfdaşlığı var. Bu iki güc, Çin və ABŞ siyasi baxımdan tərəflərə ciddi təsir göstərə biləcək yeganə aktorlardır. BMT-nin Baş katibi isə daha çox simvolik və diplomatik jestlərlə çıxış edə bilər”.


Qeyd edək ki, Cammu və Kəşmir bölgəsi 1947-ci ildən bəri Hindistanla Pakistan arasında mübahisə predmetidir. Hər iki ölkə ərazi üzərində iddia irəli sürür və üç dəfə silahlı qarşıdurma baş verib. Regionda zaman-zaman terror hücumları, sərhəd toqquşmaları və diplomatik böhranlar yaşanır.


Ekspertin fikrincə, Quterreşin təşəbbüsü beynəlxalq diqqəti yenidən bu problemə çəkmək baxımından əhəmiyyətlidir: "Lakin sülh prosesi üçün təkcə diplomatik niyyət yetmir, real təsir gücünə və siyasi iradəyə ehtiyac var. Bu isə daha çox regiondakı əsas güclərin, ABŞ və Çin kimi aktorların fəallığından asılı olacaq".


Bəsti Rəfizadə
Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://sfera.az
archiveBu xəbər 06 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri