Icma.az
close
up
RU
Hindistan Pakistan: “hərbi zərbələr mübadiləsi” fəlakət saçır

Hindistan Pakistan: “hərbi zərbələr mübadiləsi” fəlakət saçır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hindistan və Pakistan arasında müşahidə edilən hərbi zərbələr mübadiləsi və Hindistanın “Sindoor” əməliyyatı ilə nəticələnən gərginliyin yenidən artması özündə regional və qlobal sabitlik üçün ciddi geosiyasi təsirlər daşıyır. Kəşmir üzərində uzun müddət davam edən mübahisə yenidən münaqişənin katalizatoru rolunu oynayır və ekspertlərin fikrincə, nüvə eskalasiyası riski də daxil olmaqla, geniş iqtisadi, humanitar və strateji nəticələrə səbəb ola bilər. Artıq böyük güclər tərəfləri sakitləşməyə çağırırlar, ABŞ isə Hindistanın hücumunu utancverici adlandırır.

Son eskalasiya 2025-ci ilin aprelində Hindistanın Kəşmirində turistlərin ölümü ilə nəticələnən terror aktı ilə bağlıdır. Hindistan Pakistanda yerləşən qrupları günahlandırır və 6–7 may 2025-ci il tarixlərində Pakistan ərazisində “terror infrastrukturu” olduğunu söylədiyi obyektlərə zərbələr endirdi. Ancaq Pakistan raket zərbələrinin mülki obyektlərə zərər verdiyini, əhali arasında itkilərə səbəb olduğunu bildirdi. Bundan başqa, İslamabad Hindistan təyyarəsinin vurulduğunu da açıqlayaraq, qonşu ölkə ərazisinə cavab zərbələri endirdi.

Hər iki tərəf itkilər barədə məlumat verir. Hərbi münaqişənin başlanması iki ölkə arasında hava və ticarət əlaqələrinin dayanmasına gətirib çıxardı. Hindistan da Hind Suları Müqaviləsini birtərəfli qaydada dayandırdığını elan edərək, Pakistanda ciddi narahatlıq doğurdu. Çünki Hindistanın 1960-cı ildə imzalanmış Hind Suları Müqaviləsi ilə bağlı hərəkətləri Pakistanda milyonlarla insana təsir edən ciddi su çatışmazlığına səbəb ola bilər.

Pakistanın baş naziri Şahbaz Şərif Hindistanın hücumunu müharibə aktı kimi qiymətləndirdi. O, Hindistanın zərbələrindən sonra orduya lazımi tədbirlər görmək səlahiyyətinin verildiyini açıqladı. CNN televiziya kanalı cənab Şərifin Milli Təhlükəsizlik Komitəsinin (MTK) fövqəladə iclasından sonra Pakistan Silahlı Qüvvələrini günahsız pakistanlıların itkilərinin qisasını almağa çağırdığını yazır. Hindistanın hücumu nəticəsində 26 dinc sakinin həlak olduğu bildirilir.

Pakistan MTK-nin bəyanatında vurğulanır ki, “Pakistan günahsız pakistanlıların həyatını itirməsinə və onun suverenliyinin açıq-aşkar pozulmasına görə qisas almaq üçün özünümüdafiə məqsədilə seçdiyi vaxtda, yerdə və tərzdə cavab vermək hüququnu özündə saxlayır”. Bununla yanaşı, Pakistanın müdafiə naziri Xavaca Asif Bloomberg-ə müsahibəsində bildirir ki, İslamabad Hindistana qarşı heç vaxt düşmənçilik etməyəcək: “Amma Hindistan hücum edərsə, cavab verəcəyik. Hindistan geri çəkilsə, biz mütləq dayanacağıq”.

Təbii ki, Hindistanın Pakistan ərazisinə raket zərbələri endirməsi beynəlxalq ictimaiyyətdə kəskin reaksiya doğurur. Çünki belə hallar, adətən, regionda nüvə silahlarına sahib iki ölkə arasında gərginliyin artması təhlükəsini doğurduğundan, beynəlxalq təhlükəsizlik üçün böyük əndişə yaradır. BMT Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Dujarrikin sözlərinə görə, qurum rəhbəri Hindistanın hərbi əməliyyatından son dərəcə narahatdır: “Baş katib hərbi əməliyyatlardan son dərəcə narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz”.

ABŞ prezidenti Donald Tramp isə Hindistan və Pakistan arasında münaqişənin genişlənməsini “utancverici” adlandırdı: “Bu, utancvericidir. Bu barədə indicə eşitmişəm. Düşünürəm ki, insanlar bir az tarixə əsaslanaraq nəyinsə baş verəcəyini bilirdilər. Onlar uzun müddətdir mübarizə aparırlar. Onlar çox, onilliklər boyu mübarizə aparırlar. Ümid edirəm ki, bu, çox tez bitəcək”. ABŞ dövlət katibi Marko Rubio isə vəziyyəti izlədiyini bildirir. O, həmçinin “bunun tez bitəcəyinə, Hindistan və Pakistan rəhbərliyinin sülh yolu ilə həll istiqamətində birgə işləməyə davam edəcəyinə” ümid etdiyini də açıqladı.

Hindistanla sərhəd münaqişəsi olan Çin Xalq Respublikası da Hindistanın Pakistana zərbə endirmək qərarının təəssüf doğurduğunu bildirdi. Ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Çin yaranmış vəziyyətdən narahatdır və hər iki tərəfi təmkinli olmağa çağırır.

Qeyd edək ki, Çin Pakistanla müttəfiqlik münasibətlərini qoruyub saxlayır və bu da bir sıra əsas amillərlə müəyyən edilir. Hər iki ölkəni güclü iqtisadi əlaqələr birləşdirir. Çinin Hindistanla münasibətləri hamar deyil, iki ölkə arasında sərhəd mübahisələri baş verir, regionda iqtisadi rəqabət aparırlar. Buna görə də, Çin Cənubi Asiyada müəyyən güc balansını saxlamağa çalışır.

Türkiyə Xarici İşlər Nazirliyi isə Hindistanın Pakistana hücumunun hərtərəfli müharibə riski yaratdığını açıqladı. Nazirliyin Pakistan və Hindistan arasında yaşanan son hadisələrlə bağlı yaydığı bəyanatda bildirilir ki, Türkiyə Pakistan və Hindistan arasında baş verən hadisələri narahatlıqla izləyir. “Ötən gecə (6 may) Hindistanın hücumu hərtərəfli müharibə riski yaradıb. Biz mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik”. Rəsmi Ankaranın tərəfləri sağlam düşüncəyə və birtərəfli hərəkətlərdən çəkinməyə çağıran bəyanatında vurğulanır ki, Türkiyə bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlərin görüləcəyinə və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlərin yaradılacağına ümid edir. “Biz Pakistanın aprelin 22-də baş vermiş terror aktının araşdırılması çağırışını dəstəkləyirik”, – bəyanatda əlavə olunur.

Azərbaycan da Hindistanın son hərbi hücumuna münasibətini açıqladı. Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir: “Pakistan İslam Respublikasına qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”. Bəyanatın sonunda bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırış edilir.

Beynəlxalq mediada iki ölkənin qarşıdurması ilə bağlı müxtəlif ehtimallar və proqnozlar səsləndirilir. Ən maraqlı və diqqət şəkən şərhlər arasında ABŞ-ın “The New-York Times” qəzetini göstərmək olar. Tanınmış media orqanı Hindistan–Pakistan toqquşmasını Qərb–Çin qarşıdurması kimi qiymətləndirir. Qəzet yazır ki, tarixən Alyansdan kənarda qalan Hindistan ABŞ və müttəfiqləri ilə yaxınlaşıb, Rusiya silahlarından asılılığını kəskin şəkildə azaldıb, Pakistan isə Çinin müdafiə sənayesinin əsas müştərisinə çevrilib. ABŞ qəzeti əlavə edir ki, Hindistan hazırda silahlarının böyük hissəsini ABŞ, Fransa və İsraildən alır, 2010-cu ildən bəri Rusiyadan tədarükünü 50 faizdən çox azaldır. Pakistan isə silahlarının təxminən 80 faizini Çindən alır. Hindistan ordusu Amerika və Qərb platformaları ilə sürətlə modernləşir, Pakistan isə Çin texnologiyasından, o cümlədən J-10C reaktivləri və uzaq mənzilli raketlərdən istifadə edir.

Bir sözlə, vəziyyət son dərəcə gərgin olaraq qalır. Beynəlxalq ictimaiyyət münaqişənin gözlənilməz nəticələrlə daha da genişlənməsinin qarşısını almaq üçün dərhal gərginliyi azaltmağa və dialoqu bərpa etməyə çağırır. Bu çağırışa, ilk növbədə, Hindistanın qulaq asması vacibdir.

Səbuhi MƏMMƏDOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see236

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see226

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see168

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see142

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see130

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see125

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see120

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Netanyahu ilə İsrail təhlükəsizlik rəhbəri arasında SAVAŞ BAŞLADI: Kim qalib gələcək? KONKRET

06 Avqust 2025 15:57see117

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see117

Messi mükafatını və cəzasını aldı

06 Avqust 2025 18:29see114

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see112

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see112

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see112

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see111

Rusiya sahillərində nəhəng dəniz yırtıcısı görünüb...

06 Avqust 2025 18:55see111

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri