Icma.az
close
up
RU
Hindistan Pakistan toqquşmaları hansı “qara nöqtələri” üzə çıxarır? TƏHLİL

Hindistan Pakistan toqquşmaları hansı “qara nöqtələri” üzə çıxarır? TƏHLİL

Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.

Hindistanın Pakistana və Kəşmirin Pakistan tərəfindən idarə olunan hissələrinə raket zərbələri endirməsi iki ölkə arasında artan gərginliyin birbaşa hərbi eskalasiyaya çevrilmək risklərini müzakirə mövzusu edir. Hindistan aviazərbələri “terror infrastrukturuna” qarşı əməliyyat kimi qiymətləndirib, Pakistan isə artilleriya atəşləri ilə cavab verdiyini və Hindistan qırıcılarını vurduğunu bildirib.

Hazırkı münaqişənin başlanmasını tətikləyən geosiyasi amillər

İki nüvə dövlətinin – Pakistan və Hindistanın – gərginliyi Kəşmir bölgəsində baş verən terror aktına görə öz məzmununu və formasını yenilədi. Bu, Hindistanla Pakistanı Kəşmirdəki nüfuz xətlərini, hərbiləşdirilmiş əraziləri yeniləməsi üçün geosiyasi istiqamətləri təyin edir.

Hindistanın əlində isə nüvə silahından da güclü psixoloji təzyiq vasitəsi olan su resursları var. Hindistanın öz çaylarının Pakistana axmasına icazə verən 1960-cı il müqaviləsindən çıxması Pakistanın kənd təsərrüfatına ciddi ziyan vurur.

Bütün bunlar, üstəlik baş vermiş son hərbi toqquşma iki ölkə arasında hərbi və diplomatik arxa kanalların demək olar ki, tamamilə aradan qaldırıldığını deməyə əsas verir. Ancaq bu deyilənlər təqdim olunan informasiya görüntülərinə istinad edən fikirlərdir. Hadisələrin arxa fonu daha böyük strateji hesablamalara toxunulmasını zəruri edir.

Birinci növbədə, Pakistan son illərdə Çinin ekspansasiyasına şərait yaradıb, artıq Pekin İslamabadın hərbi sənayesinə qədər dərindən nüfuz etməyi bacarıb. Yəni regionda Çin-Pakistan üstünlükləri Hindistanı öz hərbi modernləşməsini sürətləndirməsinə gətirib çıxarır. Baş verən toqquşmalar bir növ hərbi arsenalların nə qədər uzağa getdiyini test edir, Çinin bu cəbhədə “müharibə apara biləcəyini” yoxlamağa şərait yaradır.

İkincisi, Hindistanın arxasında ABŞ və Fransa dayanır, hərçənd ki, baş verənlər əsas dəstəkçi kimi diqqəti daha çox Vaşinqtona yönləndirir. ABŞ qoşunlarının Əfqanıstandan çıxmasından sonra Pakistanla Ağ Ev arasında hərbi təhlükəsizlik əlaqələri zəifləyib, hətta pisləşib.

Bu azmış kimi, Pakistan Çinin “Bir kəmər, bir yol Təşəbbüsünün” flaqman tərəfdaşıdır. Belə bir zamanda ABŞ-nin Çinə qarşı elan etdiyi tarif müharibəsinin nəticə verməməsi Ağ Evi alternativ məşqə istiqamət almasına səbəb oldu. Bu, Hindistan-Pakistan münaqişəsinin alovlanması, lakin Ağ Evin idarəsindən kənara çıxmaması ssenarisinə uyğun siyasətin tətbiqi idi. ABŞ-nin əsas məqsədi Hindistan-Pakistan konflikti vasitəsilə Pakistan-Çin əməkdaşlığına zərbə vurmaq modelinə əsaslanır.

Üçüncüsü, ABŞ-nin nəhəng ticari-iqtisadi ambisiyalarında görünür. Vaşinqton Ukrayna kimi, Pakistanla da minerallara çıxış əldə etmək üçün saziş imzalamağa tələsir. Bu, Çinin regionda iqtisadi ekspansiyasına qarşı alternativdir. Bir sözlə, Pakistan-Hindistan savaşı ABŞ-nin Çinə qarşı tərəqqisinə xələl gətirmədən inkişaf etməlidir, hərçənd ki, Pekinin bundan sonrakı addımları maraq doğurur.

Bu üç məqam ABŞ strategiyasının dərinliyini qeyd edir: Vaşinqton həm Pakistanı Çinin nüfuz dairəsindən çıxarmaq istəyir, həm də Hindistanı Çinə qarşı alternativ qüvvə kimi təkmilləşdirir.

Hərbi toqquşma hansı nəticələrə səbəb olacaq?

Strateji baxımdan tammiqyaslı müharibə nə Hindistana, nə də Pakistanın maraqlarına cavab verir. Çünki Hindistanla Pakistan uzunmüddətli müharibəyə tab gətirə bilməz. Hindistanın gələcək eskalasiyadan yayınmaq üçün əməliyyatları “fokuslanmış, ölçülüb-biçilmiş və gərginləşdirilməmiş” əməliyyat kimi xarakterizə etməsi özü də həmin məntiqə istinad edir. Bununla belə, Hindistan-Pakistan gərginliyinin regiona hansı səviyyədə yayılması narahatlıqları artırır.

Bunun müşayiətində ABŞ Çini təhlükəli münaqişələrə cəlb etmək istəyərkən, Pekin diqqətli balanslaşdırma aktını həyata keçirəcək. Hind-Sakit Okean regionunda ABŞ-Hindistan tərəfdaşlığı güclənən Çin təsirləri ilə üzləşərək region üçün əlavə xərclərin çəkilməsini aktuallaşdıracaq. ABŞ ilə Hindistan Çinin bu böyük regionda üstün təhlükəsizlik təminatçısı kimi fəaliyyət göstərə bilməsi ehtimallarından ehtiyat edir.

Siyasi analitik Aqşin Kərimov,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://sitat.info
archiveBu xəbər 07 May 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri