Icma.az
close
up
RU
“Hindistan prosesi bilərəkdən qızışdırmaq istiqamətində aparır”

“Hindistan prosesi bilərəkdən qızışdırmaq istiqamətində aparır”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Hesab edirəm ki, Hindistanın bir sıra hərbi siyasi rəhbərliyinin nümayəndələri prosesi sanki bilərəkdən qızışdırmaq istiqamətində aparırlar. Hindistanda hazırkı siyasi atmosferdə müsəlmanlara qarşı anti-radikal əhval-ruhiyyə var və bu terror hadisəsindən də sui-istifadə hiss olunur”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.

M.Göyüşlü diqqətə çatdırıb ki, biz Azərbaycan olaraq terrorun bütün üzünü görmüşük: “Yəni erməni terrorundan əziyyət çəkən bir ölkəyik və terroru lənətləyirik. Amma bu hadisənin Pakistan tərəfindən törədilməsi inandırıcı görünmür. Hindistan rəsmilərinin də məsələdə dərhal Pakistanı ittiham etməsi çox böyük suallar doğurur. Hesab edirəm ki, Hindistan rəsmiləri belə qızışdırıcılıq mövqelərindən çıxş etməkdənsə, prosesin obyektiv şəkildə araşdırılması və ortaq nöqtələr tapılması üçün cəhd göstərməyə çalışmalıdır. Hindistanın hazırkı Baş naziri Narendra Modi öz siyasi karyerasında problemlər yaşadığına görə, növbəti seçkilərdə qalib gəlmək üçün və s. bu cür qızışdırıcılıq mövqeyindən çıxışlar edir və bunu etməsi yanlış bir addımdır. Bu təkcə Pakistana ziyan olmayacaq, ən çox Hindistana ziyan olacaq məsələdir. Düşünürəm ki, müharibəyə doğru istiqamətlənmək yox, sülhə, sabitliyə, anlaşmaya doğru istiqamətlənmək lazımdır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 01 May 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri