Hindistan Rusiya ilə iki mühüm məsələni müzakirə etmək istəyir..?
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Hindistan nümayəndə heyətinin avqustun 20-21-də Rusiyaya səfəri zamanı hansı məsələlərin müzakirə olunacağı məlum olub.
SİA rus saytlarına istinadən xəbər verir ki, müvafiq məlumatı Bloomberg agentliyi yayıb.
Anonim Hindistan rəsmisinin Qərb jurnalistlərə verdiyi məlumata görə, qarşıdakı danışıqların mövzularından biri rupi ilə ticarət olacaq.
İkinci məsələ Avrasiya İqtisadi İttifaqı ölkələri ilə azad ticarət sazişinə aiddir.
Bununla əlaqədar olaraq nəşr Nyu Dehlinin BRİKS ölkələrinin de-dollarizasiya etmək niyyətində olmadığı, yalnız sərhədyanı ödənişləri müzakirə etdiyi barədə son bəyanatlarını xatırladıb.
S&P Global Ratings-in proqnozlarına görə, ABŞ prezidenti Donald Trampın tarifləri Hindistanın iqtisadi artımına ciddi təsir göstərə bilməyəcək, çünki iqtisadiyyatının əczaçılıq və məişət elektronikası kimi əsas seqmentləri rüsumlardan azaddır.
Rusiya neftindən mümkün imtinaya gəlincə, analitiklərin fikrincə, belə bir addım Hindistan neftayırma zavodlarını onlar üçün əlverişsiz olan bir sıra kompromislərə getməyə məcbur edəcək.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Avqust 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















