Hindistan tərəfi Pakistandan atılan 500 PUA nın məhv edildiyini bildirir
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Pakistan ordusu ötən gecə Hindistan mövqelərinə doğru 500-ə yaxın PUA göndərib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ANI agentliyi Hindistan Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Hindistanın hava hücumundan müdafiə qüvvələri demək olar ki, bütün təyyarələri məhv edib.
“Dünən gecə Pakistan ordusu tərəfindən Hindistan mövqelərinə doğru 500-ə yaxın pilotsuz uçan aparat buraxılıb, onlar Ladaxdakı Siaçen baza düşərgəsindən Qucaratın Kutç rayonuna qədər 24 yerdə müşahidə edilib”, - mənbə bildirib.
Qeyd olunub ki, PUA-ların əksəriyyəti silahsız olub:
“Dronlar kameralarla təchiz edilib və ola bilsin ki, görüntüləri öz yer stansiyalarına ötürüb. Hindistanın hava hücumundan müdafiə sistemləri infrastruktura zərər verə biləcək demək olar ki, bütün dronları məhv edib”.
Bu mövzuda digər xəbərlər:Hindistan Pakistandan malların idxalına və tranzitinə qadağa qoyub
03 May 2025 14:49
Şahbaz Şərif: Hindistan Pakistandan bir damcı da su qopara bilməz
13 Avqust 2025 11:14
"Çoxları deyir, Hindistan Pakistandan güclüdür, amma..." Zərdüşt Əlizadənin şərhi
30 Aprel 2025 14:58
Hindistan Rusiyadan S 500 alır
29 Sentyabr 2025 11:31
Pakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqlayıb
10 May 2025 10:58
Baxış sayı:119
Bu xəbər 09 May 2025 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















