Icma.az
close
up
RU
“Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır”

“Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır”

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yaxın Şərqdəki müharibələr BRİCS təşkilatını çətin vəziyyətə salıb. Məsələ burasındadır ki, təşkilatın yeni üzvləri arasında İran və Birləşmiş Ərəb Əmirlikləri də var. İranın son müharibədə ən çox raket və dron atdığı ölkə məhz Birləşmiş Ərəb Əmirlikləri olub. BRİCS ABŞ-ın və İsrailin İrana qarşı müharibənin əleyhinə olsa da, İranın təşkilatın digər üzvü – Birləşmiş Ərəb Əmirliklərinin bombalanmasına dəstək verə bilməzdi. Odur ki, təşkilatın vahid açıqlamasının əvəzinə BRİCS üzvləri ayrı-ayrılıqda müharibəylə bağlı bəyanatlar yayımlayıblar”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır:

“2026-cı ilin yanvar ayından BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatında sədrlik Hindistana keçib. Bu ilin sentyabr ayında Yeni Dehlidə təşkilatın sammiti keçiriləcək. Hindistanda keçiriləcək sammitdə əsas diqqətin üzv ölkələr arasında ticarət və maliyyə məsələlərinin həllinə yönələcək. Üzv ölkələr milli valyutalar əsasında ticarəti təmin etməyə və dollardan asılılıqlarını azaltmağa çalışırlar. Bu məqsədlə rəqəmsal valyutalarla hesablaşmağın vacibliyi üzərində müzakirələr gedir. Üzv ölkələrin məqsədi SWIFT-ə alternativ hesablaşma sisteminin formalaşdırılmasıdır. Ancaq bu asan başa gəlməyəcək”.

Onun sözlərinə görə, ABŞ tarixən dolların statusunu yüksək və milli təhlükəsizliyinin, o cümlədən iqtisadi dominantlığın dayağı kimi görüb:

“ABŞ Prezidenti Donald Tramp ticarətdə dollardan imtina etməyə çalışan ölkələri sanksiyalarla hədələyib. BRİCS ölkələrinin əksəriyyəti ABŞ ilə ticarət əlaqələrinin genişlənməsində maraqlıdırlar. Odur ki, həmin dövlətlərin dollardan tamamən imtinası çətindir.Bu arada, Rusiya ilə Hindistan arasında 2025-ci ilin fevral ayında imzalanan hərbi əməkdaşlıq haqqında müqavilə təsdiq olunub. Bu müqaviləyə əsasən tərəflər bir-birinin ərazisində 3 minə qədər hərbi qulluqçu, beş hərbi gəmi və 10 hərbi təyyarə yerləşdirə bilər. İki ölkə arasındakı müqavilə bölgədə sülhü və sabitliyi qorumaq üçün hərbi personalın, hərbi gəmilərin və təyyarələrin qarşılıqlı göndərilməsini nəzərdə tutur. Müqaviləyə əsasən bir-birlərinin ərazilərinə göndərilən hərbi kontingentlər birgə təlimlər keçirir, humanitar yardım göstərir, təbii və texnogen fəlakətlərin fəsadlarını aradan qaldırır və tərəflərin razılaşdırdığı digər hallarda sülhü və sabitliyi qoruyurlar. Müqavilənin Yaxın Şərqdə gərginliyin davam etdiyi vaxtda qüvvəyə minməsi sənədin strateji əhəmiyyətini artırıb”.

E.Şahinoğlu deyib ki, buna baxmayaraq, mövcud müqavilə Hindistanın Rusiyanın Ukraynaya qarşı içğalçı müharibəsində Moskvaya dəstəyi anlamına gəlmir:

“Hindistan üçün önəmli olan Rusiyadan hərbi texnikanın alışının davamıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Hindistan dünyanın ikinci ən böyük silah idxalçısı olaraq qalır. Rusiya bu ölkənin əsas təchizatçı olaraq qalmaqda davam edir və Hindistanın silah idxalının 40 faizini təşkil edir. Buna baxmayaraq, Yeni Dehli Rusiyadan silah idxalını azaltmağa çalışır. Yeni Dehli ABŞ və Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirir”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Aprel 2026 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri