Hindistan universiteti Azərbaycanla əməkdaşlıq sazişlərini ləğv etdi
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın tanınmış özəl ali təhsil müəssisəsi olan “Lovely Professional” Universiteti (LPU), Türkiyə və Azərbaycanla bütün elm və təhsil sahəsində bağladığı bütün əməkdaşlıq sazişlərini ləğv edib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Lovely Professional” Universiteti yaydığı rəsmi bəyanatda deyilir.
Buna səbəb Hindistanın son hərbi əməliyyatına cavab olaraq hər iki ölkənin Pakistana siyasi dəstək verməsi ilə bağlıdır. Əvvəllər oxşar tədbirlər Heydərabadın İ.M.Maulana Azad adına Milli Urdu Universiteti, Kanpur Universiteti, “Jamia Millia Islamia” və Cəvahirlal Nehru universitetləri tərəfindən həyata keçirilib.
Bu qərar Azərbaycan və Türkiyə universitetləri ilə tələbə və müəllim mübadiləsi proqramlarının, birgə tədqiqat layihələrinin, ikili diplom təşəbbüslərinin və akademik əməkdaşlığın bütün digər formalarının dərhal dayandırılmasını nəzərdə tutur.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 17 May 2025 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















