Hindistan və Fransa strateji tərəfdaşlıq barədə razılığa gəliblər
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Hindistan və Fransa xüsusi qlobal strateji tərəfdaşlıq barədə razılığa gəliblər.
"Ölkə.az" xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi bildirib.
İki lider bu razılığa Nitsa şəhərində keçirilən danışıqlar zamanı gəliblər.
Modi Fransa prezidenti Emmanuel Makronla danışıqlarını son dərəcə məhsuldar adlandırıb. O, təmasların iki ölkə arasındakı münasibətləri yeni səviyyəyə qaldırmağa kömək etdiyini bildirib.
Hindistanın Baş naziri X sosial mediada yazıb: "Ölkələrimiz arasında uzunmüddətli dostluğu nəzərə alaraq, xüsusi qlobal strateji tərəfdaşlığa girərək münasibətlərimizi növbəti səviyyəyə qaldırmaq qərarına gəldik. Danışıqlarımız müdafiə, texnologiya, kosmik, təhlükəsizlik, terrorizmlə mübarizə, innovasiya və digər əsas sektorlarda əməkdaşlığın dərinləşdirilməsini əhatə edir".
Modi qeyd edib ki, ölkələr mineral ehtiyatlar və texnologiya üçün daha güclü təchizat zəncirlərini təmin etmək məqsədilə iqtisadi təhlükəsizlik məsələləri üzrə əməkdaşlığa başlamaq barədə razılığa gəliblər.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 15 İyun 2026 05:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















