Hindistan və İran vətəndaşları Ermənistanda casusluq edir
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanda Hindistan və İran vətəndaşlarının casusluq etdiyi haqda iddia yayılıb.
Axar.az xəbər verir ki, bu barədə erməni ekspert Nairi Ohikyan “xəbərdarlıq” yayıb.
Onun sözlərinə görə, Hindistan və İran vətəndaşları Ermənistanın sərhədyanı yaşayış məntəqələrindəki tikinti şirkətlərində az maaşa belə işləməyə razılaşırlar. Səbəb isə odur ki, onlar məlumat toplayırlar.
“Bizdə artıq ağrılı faktlar var ki, bu barədə yaxın vaxtlarda danışacağam”, - o bildirib.
Qeyd edək ki, Ermənistanın külli miqdarda silah aldığı Hindistan və bu ölkənin sərhədlərini özünün “qırmızı xətti” sayan İranın vətəndaşlarını erməni ekspertlərin casusluqda ittiham etməsi diqqət çəkməyə bilməz.
Bu mövzuda digər xəbərlər:Hindistan Ermənistanda nə axtarır?
05 Fevral 2026 11:56
Ermənistanda etiraz aksiyası keçirən Hindistan vətəndaşları dövlətlərarası yolu bağlayıb
07 Avqust 2025 12:32
Hindistan ordusu Ermənistanda təlimlər nəyin HAZIRLIĞI?
25 Sentyabr 2026 19:26
Hindistan Ermənistanda raket istehsal etməyi planlaşdırır
10 Oktyabr 2026 10:15
İran, Ermənistan və Hindistan bir arada
09 Sentyabr 2025 14:22
Baxış sayı:193
Bu xəbər 26 Yanvar 2025 22:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















