Icma.az
close
up
RU
Hindistan və Pakistanı qovurucu isti hava dalğası bürüyüb

Hindistan və Pakistanı qovurucu isti hava dalğası bürüyüb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 1 may, AZƏRTAC

Hindistan və Pakistanın böyük bir hissəsində artıq qovurucu isti hava dalğası hökm sürür və alimlərin dediyinə görə, sürətlə “yeni normal temperatura” çevrilir.

AZƏRTAC xəbər verir ki, Cənubi Asiya ölkələrinin hər il qorxduğu yay şəraiti artıq aprel ayında həyəcanverici dərəcədə tez gəlib.

“The Guardian” nəşri yazır: Bölgədəki temperaturlar adətən may ayına qədər yüksəlir, musson rahatlama gətirməzdən əvvəl iyunda zirvəyə çatır. Lakin bu il istilər tez gəlib”.

Belə ki, 1,9 milyard insanın yaşadığı Cənubi Asiya qovurucu istilərə xüsusilə həssasdır. Onların əksəriyyəti həddindən artıq istiyə məruz qalan ərazilərdə yaşayır və əsas soyutma sistemləri, sağlamlıq və ya suya çıxışı yoxdur. “ClimaMeter”in hesabatında bildirilir ki, adətən yazda qısamüddətli mülayim temperaturla qarşılaşan Dehlidə aprel ayında temperatur 40 dərəcə Selsidən yuxarı qalxıb. Bu, mövsümi orta göstəricidən 5 dərəcə çoxdur. Qeyd edilir ki, son həftələrdə müşahidə olunan təhlükəli isti hava dalğasının səbəbi antropogen iqlim dəyişikliyidir.

Sinqapur Milli Universitetinin iqlim eksperti və hesabatın həmmüəllifi Canmarko Menqaldo deyib: “Bu yazda isti dalğalar təkcə anomaliya deyil. Bunlar siqnaldır. Biz məlumatlardan hərəkətə keçməliyik”.

Dehli səlahiyyətliləri məktəbləri ilk yardım dəstlərində su fasilələri və oral rehidrasiya duzları ilə təmin etməyə, habelə hər hansı istilik stresinin əlamətlərinin dərhal müalicəsinə çağıran təcili təlimatlar veriblər.

Racastxan əyalətinin paytaxtı Caypurda havanın temperaturu 44 dərəcə Selsiyə çatıb. Bu, inşaat işçiləri və fermerlər arasında istivurması ilə bağlı xəbərlərə səbəb olub. Digər ştatlar da həddindən artıq istilərlə mübarizə aparır.

Pakistanda da anomal istilər müşahidə olunur. Sind əyalətinin Şəhid Benəzirabad şəhərində termometrlər 50 dərəcə Selsini göstərib. Bu, aprelin orta göstəricisindən təxminən 8,5 dərəcə yuxarıdır. Ölkənin digər bölgələrində isə havanın temperaturu 40 dərəcə ətrafında qalıb.

Pakistanın “Dawn”qəzetinin dərc etdiyi məqalədə deyilir: “Bir vaxtlar nadir hadisə sayılan anomaliyalar indi həyəcanverici adi hala çevrilib. Belə ki, iqlim dəyişikliyi bur anomal halların tezliyini və dərəcəsini artırır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri