Hindistan yeni nüvə sualtı qayıq bazası açacaq
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Hindistan Hərbi Dəniz Qüvvələri 2026-cı ildə Andhra-Pradeşdə yeni bazanı istismara verməyi planlaşdırır.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times of India" mənbəyə istinadən məlumat verib.
Hərbi Dəniz Qüvvələrinin Şərq komandanlığının Vişakhapatnamdakı qərargahından 50 km cənubda tikilən baza nüvə sualtı qayıqlarının yerləşdirilməsi üçün tunellər şəbəkəsinə malikdir. Bu, onlara casus peyklər tərəfindən aşkarlanma təhlükəsi olmadan Benqal körfəzinə daxil olmağa imkan verəcək.
"Varşa layihəsi üzrə Rambilli bazasının birinci mərhələsi demək olar ki, başa çatıb. 2026-cı ildə istismara verildikdən sonra onu mərhələli şəkildə genişləndirmək və təkmilləşdirmək olacaq", - deyə mənbə nəşrə bildirib.
"The Times of India"nın qeyd etdiyi kimi, Hindistan, həmçinin qərb sahilindəki Karnataka ştatında yerləşən Karvar bazasını da tədricən təkmilləşdirir. Layihənin hazırkı mərhələsinin reallaşdırılması orada 32 iri gəminin yerləşdirilməsinə imkan verəcək.
"Daxili liman hazırdır. Xarici hissədə işlər davam edir", - deyə mənbə əlavə edib.
Gələcəkdə obyektin 50 gəmi və sualtı qayıq, 40 yardımçı gəminin yerləşdirilməsi üçün genişləndirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Aprel 2025 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















