Hindistanda bir evdə 300 sahibsiz pişiyin yaşadığı müəyyən edilib
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Hindistanın Maharaştra ştatının Pune şəhərində bələdiyyə işçiləri bir mənzildə təxminən 300 sahibsiz pişiyin yaşadığını aşkarlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Hindistan mətbuatının məlumatına görə, binanın sakinləri pis qoxu və qeyri-gigiyenik şəraitdən şikayət etdikdən sonra bələdiyyə işçiləri araşdırmalara başlayıb.
Bələdiyyə və polis əməkdaşlarının yoxlaması nəticəsində çoxsaylı pişiklərin binanın 9-cu mərtəbəsində yerləşən mənzildə saxlanıldığı müəyyən edilib.
Daha sonra mənzil sahibinə pişiklərin iki gün ərzində azad buraxılması və ya başqa yerə köçürülməsi barədə rəsmi xəbərdarlıq edilib.
Polis inspektoru Nileş Jagdale bildirib ki, mənzil sahibi mütəmadi olaraq küçə pişiklərini evinə gətirir və onlar sağaldıqdan sonra sərbəst buraxır. Bu səbəbdən mənzildə çox sayda pişik toplanıb və qeyri-sağlam şərait yaranıb ki, bu da qonşuların narazılığına səbəb olub.
Məlumata görə, pişiklər bələdiyyəyə məxsus sığınacaqlara aparılacaq.
Baxış sayı:74
Bu xəbər 18 Fevral 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















