Hindistanda dəhşətli anlar: Leopard mağazaya girib 3 nəfəri yaraladı VİDEO
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın Todarai-Sinx şəhərində vəhşi leopard spirtli içki mağazasına soxularaq kütləvi panikaya səbəb olub və üç nəfəri yaralayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "İndia TV Hindi" telekanalı məlumat dərc edib. Hadisə anı anbaan videoya qeydə alınıb.
Telekanalın yazdığına görə, mağazanın satıcısı Sancay Qurcar vəhşi heyvanın pəncə zərbələrinə məruz qalan ilk şəxs olub. Lakin o, rəşadət nümayiş etdirərək mağazanın qapı jalyuzlərini endirib və leopardı içəridə kilidləməyi bacarıb. Onun bu çevik addımı daha böyük bir faciənin qarşısını alıb.
Xəsarət alan satıcı və iki müştəri təcili olaraq Racastan ştatının xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Caypur şəhərindən xüsusi xilasetmə qrupu çağırılıb. Xilasedicilər yuxugətirici iynədən istifadə edərək leopardı yatırıblar və müayinə üçün baytarlıq mərkəzinə aparıblar.
Heyvanın yaxalanması əməliyyatı ümumilikdə beş saat davam edib.
Mağazanın daxilindəki təhlükəsizlik kamerasına düşən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq böyük marağa səbəb olub.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 21 İyul 2026 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















