Icma.az
close
up
RU
Hindistanda film kimi oğurluq

Hindistanda film kimi oğurluq

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hindistanın Karnataka əyalətinin paytaxtı Bengaluru şəhərində silahlı bir dəstə özlərini Hindistan Mərkəzi Bankının (RBI) əməkdaşı kimi təqdim edərək pul daşıyan nəqliyyat vasitəsini saxlayıb və təxminən 70 milyon rupi (800 min ABŞ dolları) oğurlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə çərşənbə günü günorta saatlarında şəhərin ən işlək bölgələrindən birində baş verib.

Bengaluru polis rəisi Seemant Kumar Singin verdiyi açıqlamaya görə, altı nəfərdən ibarət olduğu bildirilən şübhəlilər bir SUV avtomobili ilə pul daşıyan maşının qarşısını kəsiblər. Maşında bir sürücü, bir nağd puldan məsul şəxsi və iki silahlı mühafizəçi olub.

Soyğunçular işçilərə Hindistan Mərkəzi Bankı adından hərəkət etdiklərini və daşınan böyük miqdarda pulun sənədlərini yoxlamalı olduqlarını bildiriblər.

Dəstə nağd puldan məsul şəxs və mühafizəçilərə silahlarını maşında qoymalarını söyləyərək onları SUV-a mindirib, sürücüyə isə maşını idarə etməyə davam etməyi əmr edib.

SUV avtomobili pul daşıyan maşını bir neçə kilometr izləyib. Daha sonra soyğunçular sürücünü maşından endirib, nağd pul məsulunu və mühafizəçiləri sərbəst buraxıb, pulu silah gücü ilə başqa bir avtomobilə köçürərək hadisə yerindən qaçıblar.

Rayonda məhdud sayda təhlükəsizlik kamerası olduğu üçün polis dəstənin qaçış zamanı bir neçə avtomobildən istifadə etmiş ola biləcəyini ehtimal edir. Soyğundan sonra pul daşıma şirkəti polisə şikayət edib.

Polis rəsmiləri hadisədə istifadə olunan SUV avtomobilinin nömrə nişanı saxta olub və üzərində “Hindistan hökuməti” yazılı etiketin olduğunu bildiriblər. İstintaq çərçivəsində şirkət əməkdaşlarının soyğuna qarışıb-qarışmadığı ehtimalı da araşdırılır.
Karnataka əyalətinin Baş naziri Siddaramaiah soyğunda istifadə olunan SUV avtomobilinin polis tərəfindən ələ keçirildiyini təsdiqləyib. 

Hindistan daxili işlər naziri G Parameshvara isə şübhəlilərin qaçmaq üçün avtomobil dəyişdirmiş ola biləcəyini bildirib və əməliyyata güvəndiklərini qeyd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri