Hindistanda mərhum bəyin qohumları gəlini yandırdılar
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hindistanda mərhum bəyin ölümündən sonra onun valideyinləri gəlini yandırıblar. Oxuməni.az xəbər verir ki, bu barədə “Tripura İnfo”ya istinadən Lenta.ru məlumat yayıb.
Sentyabrın ortalarında 32 yaşlı Qita Sutradharın qalıqları Tripura ştatının Aqartala şəhəri yaxınlığındakı dəmir yolu relslərində tapılıb. O, çılpaq idi. Gəlinin valideynləri bu barədə polisə xəbər veriblər və mərhum bəyin valideyinlərini qətldə ittiham ediblər.
Məlum olub ki, Qitanın qazma sahəsində işləyən 34 yaşlı nişanlısı bir müddət əvvəl qəzaya düşüb. Sentyabrın 9-da o, işləyərkən başına ağır boru düşüb. Onu xilas etmək mümkün olmayıb. Qitanın valideynlərinin dediyinə görə, daha sonra Prasenjitin qohumları gələcək gəlinlərini yandırmaq qərarına gəliblər. Onu öldürdükdən sonra yanmış qalıqlarını evlərindən 500 metr aralıda dəmir yoluna atıblar. Onlar ümid edirdilər ki, şübhələri öz üzərlərindən uzaqlaşdıracaqlar. Polis cinayət işi açıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Sentyabr 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















