Icma.az
close
up
RU
Hindistanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni təfərrüatlar

Hindistanda qəzaya uğrayan təyyarə ilə bağlı yeni təfərrüatlar

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Hindistanda baş verən təyyarə qəzası ilə bağlı sensasion məlumatlar ortaya çıxıb. AzPost xəbər verir ki, qəza Əhmədabad şəhərində yerləşən Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanı yaxınlığında qeydə alınıb.

Reuters agentliyinin məlumatına görə, qəzaya uğrayan sərnişin təyyarəsi Britaniyanın Birmingem şəhərinə istiqamətlənibmiş. Məlumata əsasən, hava gəmisinin Boeing 787 markalı və Air India aviaşirkətinə məxsus olduğu təsdiqlənib.

Times of India nəşri qeyd edir ki, təyyarə havaya qalxdıqdan bir neçə saniyə sonra nasazlıq səbəbindən yerə çırpılıb. Bildirilir ki, təyyarə uçuş öncəsi kifayət qədər yanacaqla təmin edilib, bu da qəza zamanı baş verən güclü partlayış və yanğının səbəbini izah edir.

Bundan əlavə, Flightradar24 platformasının məlumatına görə, AI171 saylı reys Əhmədabaddan Londona istiqamət götürüb. Qəza uçuşun start götürdüyü andan demək olar ki, dərhal baş verib.

İlkin ehtimallara görə, göyərtədə 242 sərnişin və ekipaj üzvü olub.

Hazırda qəzanın dəqiq səbəbləri araşdırılır və hadisə yerində xilasetmə işləri davam etdirilir. Rəsmi qurumlar tərəfindən verilən açıqlamaya görə, qəzanın nəticələri və insan tələfatı barədə dəqiq məlumatlar yaxın saatlarda paylaşılacaq.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpost.info
archiveBu xəbər 12 İyun 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see253

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see253

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see240

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see210

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see198

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see180

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see180

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see165

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see164

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see163

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see159

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see154

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see152

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see150

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see147

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see146

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see145

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see141

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri