Hindistanda saç tökülməsi epidemiyası: ekspertlər araşdırmağa başladı Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hindistanın Buldhana bölgəsindəki kəndlərdə sürətlə yayılan və saç tökülməsinə səbəb olan bir epidemiya narahatlıq yaradıb.
BAKU.WS xəbər verir ki, səhiyyə işçiləri təcili olaraq bölgəyə cəlb edilib, mütəxəssislər isə epidemiyanın mənbəyini müəyyənləşdirmək üçün çalışırlar.
Yerli əhali arasında "saçsızlıq virusu" kimi tanınan bu xəstəliyin ilkin araşdırmalara əsasən, saç, baş dərisi və dırnaqlara təsir edən bir göbələk infeksiyası olmadığı bildirilib. Bununla yanaşı, mütəxəssislər bunun yalnız ilkin nəticələr olduğunu və dəqiq diaqnoz üçün daha geniş analizlərə ehtiyac olduğunu vurğulayıblar.
Həlledici əhəmiyyət daşıyan mikrobioloji hesabatların cümə axşamına qədər yayımlanması gözlənilir.
Digər tərəfdən, Hindistan Tibb Araşdırmaları Şurasından (ICMR) bir ekspert qrupunun iki gün ərzində bölgəyə səfər edərək ətraflı araşdırmalara başlayacağı açıqlanıb.
Bu epidemiya yerli sakinlər arasında ciddi narahatlığa səbəb olub və hökumət tərəfindən ciddi nəzarət altına alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















