Hindistanda yük maşınının aşması nəticəsində doqquz nəfər həlak olub
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 14 iyul, AZƏRTAC
Hindistanın cənubundakı Andhra Pradeş əyalətində yük maşının aşması nəticəsində doqquz nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əyalət polisi açıqlama yayıb. Bildirilib ki, yük maşınında təxminən 40 ton manqo və 20 nəfər işçi heyəti olub. Yerli sakinlər və xilasedicilər qəza yerinə gələrək xilasetmə işləri görüblər və yaralıları xəstəxanaya çatdırıblar.
Polis qəzanın baş vermə səbəbini yük maşınının həddindən artıq yüklənməsi ilə əlaqələndirib.
Qeyd edək ki, Hindistanda çox vaxt həddindən artıq yüklənmə, yolların pis vəziyyəti və sürücülərin ehtiyatsızlığı səbəbindən ölümcül yol qəzaları baş verir.
Bu mövzuda digər xəbərlər:Hindistanda mikroavtobusla yük maşınının toqquşması nəticəsində doqquz nəfər ölüb
31 Yanvar 2025 16:28
Hindistanda yük maşınının traktorla toqquşması nəticəsində 8 nəfər ölüb,
25 Avqust 2025 09:56
Hindistanda avtobusun dərəyə aşması nəticəsində 36 nəfər ölüb
04 Noyabr 2024 19:08
Hindistanda iki basketbolçu dirəyin aşması nəticəsində həlak oldu
27 Noyabr 2025 21:59
Qəzzada yük maşınının insanların üzərinə aşması nəticəsində
06 Avqust 2025 15:27
Baxış sayı:66
Bu xəbər 14 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















