Hindistanda zənciri qopan fil mərasim zamanı dəhşət saçdı
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hindistanın Kerala ştatında Mahavişnu hindu məbədində keçirilən xeyir-dua mərasiminə gətirilən fil zəncirdən qoparaq talan törədib.
Redaktor.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, heyvan park edilmiş minik avtomobilinə hücum edərək onu xortumu ilə deşib, aşırıb və dişləri ilə qapısına zərər vurub.
Nəticədə fil onu məbədə gətirən Kollam şəhər sakini, 40 yaşlı Vişnunu tapdalayaraq öldürüb. Məlumata görə, fil iki saat ərzində ətrafdakı hər şeyi dağıdıb.
Hadisədən sonra o, həlak olan şəxsin cəsədinin yanında qalaraq ətrafdakıların kömək üçün yaxınlaşmasına imkan verməyib. İnsident zamanı daha bir nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Heyvanı yalnız trankvilizator vasitəsilə dayandırmaq mümkün olub, bundan sonra o, ziyarətgahın yaxınlığındakı kokos palmasına bağlanıb.
Həmçinin bildirilir ki, həmin gün İrincallakuda şəhərindəki Kudamanikyam məbədində də analoji hadisə baş verib. Fil 25 yaşlı təlimçi köməkçisini tapdalayıb, həmin şəxs xəstəxanaya aparılarkən yolda vəfat edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 May 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















