Icma.az
close
up
RU
Hindistandan Azərbaycana qarşı düşmənçilik: ŞƏT ə üzvlük bizə nə qazandıracaqdı?

Hindistandan Azərbaycana qarşı düşmənçilik: ŞƏT ə üzvlük bizə nə qazandıracaqdı?

Icma.az, Sitat.info portalına istinadən məlumat yayır.

Xəbər verdiyimiz kimi, Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük müraciətini yenidən bloklayıb.

Sitat.info xəbər verir ki, bu barədə "AnewZ" diplomatik mənbələrə istinadən məlumat yayıb. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.

Ekspertlərin fikrincə, bu addımın səbəbi Azərbaycan və Pakistanın sıx əlaqələridir.  

Bəs gösərən başqa hansı detallar var? Hindistan Azərbaycanın Şanxay Əməkdaşlıq təşkilatına tamhüquqlu üzlük müraciətini niyə  bloklayıb? Bu təşkilata üzvlük Azərbaycan  üçün nə dərəcədə əhəmiyyətlidir, iqtisadi-siyasi faydaları nələrdir? Ümumilikdə Çin səfəri hansı aspektlərdən dəyərləndirilməlidir?

Mövzu ilə bağlı Sitat.info-ya danışan  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, millət vəkili Arzu Nağıyev bildirdi ki, Prezident İlham Əliyevin Çinə səfəri çox mühüm əhəmiyyət kəsb edir: "Əsas məsələ odur ki, Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinə təhdidlərin qarşısını ala bir dövlət kimi tanınmır, eyni zamanda Asiya üçün də bir enerji tərəfdaşıdır. Çinlə əməkdaşlıq, ölkəmizin enerji və nəqliyyat marşrutlarının şaxələnməsinə dəstək verə bilər. İqtisadi baxımdan ticarət, investisiya və texnoloji baxımdan Çinin aparıcı şirkətləri ilə əlaqələrin qurulması, müzakirələrin aparılması, Cənubi Qafqaza maraqların artması birbaşa Azərbaycanın qeyri-neft sektorunun inkişafına təsir edən amillərdir. Təbii ki, siyasi məsələ də var.

Çoxsaylı dövlətlərin təmsil olunduğu Şanxay Əməkdaşlıq Təşkilatına bu qlobal siyasətin əsas aparıcı dövləti olan Çin rəhbərlik edir. Bu dövlətlər tərəfindən Azərbaycanın bir tranzit mərkəzi kimi qəbul edilməsi çox böyük əhəmiyyətə malikdir. "Bir kəmər, bir yol" layihəsi də həm Azərbaycan, həm də Çin üçün önəmli bir layihədir. Şanxay Əməkdaşlıq Təşkilatında Çin, Rusiya, Hindistan, Pakistan kimi dövlətlərin olması çox mühüm məsələdir. Azərbaycanın bu platformada təhlükəsizlik, nəqliyyat, logistika və sairlə bağlı əməkdaşlığı çox faydalıdır. Eyni zamanda iqtisadi baxımdan - gələcəkdə kənd təsərrüfatında texnoloji yeniliklərin tətbiqi sahəsində təcrübə mübadiləsi üçün əhəmiyyət kəsb edir. Eyni zamanda siyasi baxımdan Azərbaycanın Şərqlə Qərb arasında balanslı siyasətinin formalaşmasına gətirib çıxara bilər. Gələcəkdə bu təşkilata müşahidəçi kimi və ya tamhüquqlu üzv kimi qəbul olmaq da Azərbaycanın qətiyyətli xarici siyasətinin bir prioritetidir".

Deputatın sözlərinə görə, gələcəkdə tamhüquqlu üzvlük baş tutarsa, Azərbaycan Xəzərdə və Cənubi Qafqazda Şanxay Əməkdaşlıq Təşkilatı üçün strateji tərəfdaş olmaqla rolunu daha da gücləndirə bilər: " Bu təşkilata üzvlük ölkəmizə beynəlxalq aləmdə daha güclü və etibarlı tərəfdaş obrazı yarada  bilər. Prezident İlham Əliyevin Çinə səfəri, ŞƏT-lə əməkdaşlığın dərinləşməsi və təbii ki, İkinci dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Çində keçirilən paradda iştirak ölkəmiz  üçün geosiyasi mövqeyini gücləndirmək baxımından çox mühüm məsələdir. Yeni nəqliyyat layihələri, daha böyük bazarlara çıxış, Çinin bir sıra şirkətlərinin Azərbaycanda yatırımları, iş yerlərinin açılması, təhlükəsizlik məsələsi və sair olduqca əhəmiyyətlidir. Bütün bunların ciddi nəticələri də olacaq"

A.Nağıyev hesab edir ki,  bütün  bunları Hindistan da görür və ölkəmizin Pakistanla yaxınlığını heç cür qəbul edə bilmir: "Hindistan həmçinin Azərbaycanın bir sıra beynəlxalq layihələrini də bloklamağa çalışır, əleyhinə çıxış edir. Bizim Pakistanla münasibətlərimiz, bu dövlətin ərazi bütövlüyünü dəstəkləməyimiz, Kəşmir məsələsində Pakistanı dəstəkləməyimiz, dostluq-qardaşlıq münasibətlərimiz Hindistanda qısqanclıq yaradır və ciddi cəhdlə Azərbaycanı bütün beynəlxalq layihələrdə bloklasın.  İki ölkə arasındakı müttəfiqlik və qardaşlıq Hindistanı belə addımlar atmağa vadar edir".

Nigar,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://sitat.info
archiveBu xəbər 01 Sentyabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri