Icma.az
close
up
RU
Hindistanı Fransa kimi görmək istəmirik

Hindistanı Fransa kimi görmək istəmirik

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanın Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycan–Hindistan münasibətlərinin perspektivinə münasibət bildirib. O, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusundakı müzakirədə Hindistanın vacib ölkə olduğunu da vurğulayıb.

Qeyd edək ki, Hindistan Azərbaycanın müttəfiqi, bütün sahələrdə yüksək əlaqələrə malik qardaş Pakistanla, yumşaq desək, soyuq münasibətlərdədir. Bu günlərdə Hindistan – Pakistan qarşıdurmasının xeyli gərginləşməsindən, əsl müharibə ab-havasının yaranmasından və bu ab-havanın hələ sovuşmadığından xəbərdarıq. Ancaq ölkəmizin xarici işlər naziri müavininin fikirlərindən gəlinən nəticə odur ki, rəsmi Bakı Nyu-Dehli ilə münasibətlərini İslamabadla əlaqələri kontekstində dəyərləndirmir.

Ayrıca onu bildirək ki, ölkəmiz Hindistan və Pakistan arasında uzun illər davam edən Kəşmir münaqişəsində neytral və balanslı mövqe tutur. Azərbaycan münaqişənin beynəlxalq hüquq çərçivəsində və BMT-nin qətnamələrinə uyğun, dinc yolla həllinin tərəfdarıdır. Beynəlxalq hüquq nəyi tələb edirsə, mövqeyimiz ona uyğun açıqlanır. Ümumən, Azərbaycanın Kəşmir məsələsinə yanaşması diplomatik xarakter daşıyır. Ölkəmiz münaqişəyə sülh yolu ilə son qoyulmasının vacibliyi üzərində dayanır, konfliktin gərginləşməsinə səbəb olacaq mövqe tutmaqdan çəkinir.

Bir vacib məqamı da vurğulayaq ki, Pakistan Azərbaycana Qarabağ münaqişəsində dəstəyini daim ifadə edib və Ermənistanı tanımayıb. Bu fonda Bakı Kəşmir məsələsində İslamabadın narahatlıqlarını başa düşür və ona anlayışla yanaşır. Elə buna görədir ki, nazir müavini Hindistanın həm iqtisadi, həm də siyasi mövqe nöqteyi-nəzərdən inkişaf etməkdə olan ölkə olduğunu, Bakının həmişə Nyu-Dehli ilə münasibətlərinə dəyər verdiyini bildirməklə yanaşı, belə bir fikri də dilə gətirib: “Gərək hər iki dövlət eyni dərəcədə yanaşaraq münasibətlərini qursunlar”.

Bəs hər iki dövlətin eyni dərəcədə yanaşmasının zəruriliyi nə deməkdir? Hesab edirik ki, Y.Rəfiyev mövcud məqama, kifayət qədər, diplomatik tonda münasibəti ilə yadda qalıb. Hindistan–Pakistan məsələsində Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa əsaslandığını vurğulayan nazir müavini ölkəmizin Nyu-Dehlidən gözləntisi üzərində dayanaraq deyib: “Xüsusilə kövrək dönəmdən keçən Azərbaycan – Ermənistan münasibətlərində Hindistan və digər üçüncü tərəflər məsələyə diqqətlə yanaşmalıdırlar. Burada gözləntilərimiz bütün dövlətlərdən, o cümlədən, Hindistandan budur ki, bu prosesə xələl gətirə biləcək hansısa konkret addımlar atılmasın”.

Bəli, cənab Rəfiyevin Azərbaycan – Ermənistan münasibətlərinin kövrək dönəmdən keçdiyini vurğulaması incə diplomatik mesaj sayılmalıdır. Yəni, faktiki olaraq, rəsmi Bakı Nyu-Dehlini bu kövrəkliyi nəzərə almağa çağırır. Başqa sözlə desək, Azərbaycan Hindistan – Pakistan məsələsində beynəlxalq hüquqa əsaslanırsa, eyni həssaslığı Hindistan da göstərməlidir.

Əlbəttə, Nyu-Dehli əvvəllər Qarabağ münaqişəsində neytral mövqe sərgiləyib, problemin dinc yolla aradan qaldırılmasına önəm verdiyini bildirib. Ölkəmiz də öz tərəfindən Hindistanın Fransa kimi Ermənistanla tarixi və siyasi əlaqələrinin mövcudluğu faktını qəbul edib. Ancaq rəsmi Bakı 2020-ci ildən sonra Nyu-Dehlinin İrəvana silah satışının intensiv xarakter aldığını nəzərdən qaçıra bilməz. Ermənistanla Hindistan arasında 2019-cu ildə bağlanmış Strateji Tərəfdaşlıq Sazişini də həmçinin.

Məlumdur ki, Hindistan son illərdə Ermənistanın əsas silah tədarükçülərindən birinə çevrilib. Bildirildiyinə görə, Fransanın patronajlığı ilə həyata keçirlən qarşılıqlı əməkdaşlıq Ermənistanın müdafiə qabiliyyətini artırmaq və Rusiyadan asılılığını azaltmaq məqsədi daşıyır. Bu baxımdan Nyu-Dehlinin İrəvana “Pinaka” çoxlüləli raket sistemlərini satdığını qeyd etmək olar. Bununla əlaqədar imzalanmış müqavilənin dəyəri 245 milyon dollardır.

Eyni zamanda, onu da bildirməliyik ki, hər bir dövlətin hansısa digər dövlətlə hərbi əməkdaşlıq həyata keçirməsi, prinsipcə, onun daxili məsələsidir. O cümlədən, Azərbaycanın xarici ölkələrlə hərbi əməkdaşlığı da. Ancaq burada incə nüans var. Hesab edirik ki, cənab Rəfiyevin kövrəklik ritorikası məhz həmin nüansı nəzərə almaq yönümlü çağırışdır.

Bəli, Azərbaycanın çağırışı ədalətə əsaslanır. Ermənistan otuz ilə yaxın müddətdə işğalçı siyasət yürüdüb. Bu siyasətdən xalqımız böyük ziyan görüb. 2020-ci ilin 44 günlük müharibəsi və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri ilə ölkəmiz haqqı olanı özünə qaytardı. Azərbaycan, həmçinin Ermənistana sülh əlini uzatdı. Sülh isə Hindistanın da təbii maraqlarının olduğu Cənubi Qafqazda inkişafı və dinamikanı təmin etmək baxımından son dərəcə vacibdir. Ancaq İrəvan avantürist niyyətindən daşınmır və Bakı ilə sülhə gəlməkdən yayınır, yenə müxtəlif vasitələrlə ərazi iddiası məntiqinə “sadiqlik” nümayiş etdirir. Beynəlxalq hüquqa zidd təmayül budur.

Hindistan belə bir duruma həssas yanaşmalı və nəzərə almalıdır ki, Ermənistan onunla və Fransa ilə əməkdaşlığı sülhü və əmin-amanlığı təhdid edən məqsədlər naminə istifadə etməyindən geri çəkilmir. İstər Azərbaycan dövləti, istərsə də xalqı tarixi münasibətlər baxımından Hindistanı Fransa kimi görmək istəmir. Ölkəmizin XİN rəhbərinin müavini Y.Rəfiyevin də üzərində dayandığı başlıca məqam məhz budur.

R.ƏVƏZ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see286

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see284

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see266

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see263

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see255

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see252

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see252

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see243

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see239

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see231

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see213

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see210

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see200

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see199

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see191

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see188

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see181

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see179

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see178

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri