Icma.az
close
up
RU
Hindistanın bu addımı qisas alma cəhdindən başqa bir şey deyil DEPUTAT

Hindistanın bu addımı qisas alma cəhdindən başqa bir şey deyil DEPUTAT

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyada geosiyasi reallıqların sürətlə dəyişdiyi bir dövrdə beynəlxalq və regional təşkilatların rolu getdikcə artır. Qlobal çağırışlar fonunda Avrasiyanın ən böyük qurumlarından biri olan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) təhlükəsizlik, iqtisadi əməkdaşlıq və dayanıqlı inkişaf baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu təşkilatla əməkdaşlığı isə həm regional sabitlik, həm də çoxtərəfli diplomatiya baxımından xüsusi önəm daşıyır.
2015-ci ildə Azərbaycana ŞƏT-in dialoq tərəfdaşı statusunun verilməsi ilə başlayan əməkdaşlıq illər ərzində davamlı olaraq inkişaf edib. Prezident İlham Əliyevin Səmərqənd, Astana və nəhayət 2025-ci ildə Tiencində keçirilən sammitlərdə iştirakı Azərbaycanın nüfuzunun və beynəlxalq diplomatiyadakı çəkisinin bariz göstəricisidir. 

Təəssüf ki, Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olması məsələsində Hindistanın əsassız mövqeyi maneə yaratmışdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Hindistanın bu addımı Azərbaycanın Pakistanla qardaşlıq münasibətlərinə görə beynəlxalq təşkilatlar çərçivəsində qisas alma cəhdindən başqa bir şey deyil. Bu, diplomatik baxımdan yanlış, strateji baxımdan isə qısamüddətli və nəticəsiz mövqedir. Belə bir addımın atılması, beynəlxalq əməkdaşlığı şəxsi qisas aləti kimi istifadə etmək dövlətçilik baxımından qeyri-adekvat hesab olunmalıdır.

Azərbaycan üçün isə bu cür davranışların heç bir əhəmiyyəti yoxdur. Ölkəmizin xarici siyasətinin əsasında milli maraqlar, strateji tərəfdaşlıqlar və regionda sabitliyin təmin olunması dayanır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regional və qlobal mövqeləri möhkəmlənib. Bu gün ölkəmiz Avrasiyanın mühüm tranzit mərkəzi, beynəlxalq yükdaşımalarının əsas qovşağı və etibarlı tərəfdaş kimi çıxış edir.

Ölkəmiz Şimal–Cənub və Şərq–Qərb dəhlizlərinin kəsişməsində yerləşərək beynəlxalq yükdaşımalarının əsas tranzit mərkəzinə çevrilib.

Bir sözlə, Azərbaycanın nüfuzunun artması, strateji mövqeyi və sabitlik siyasəti fonunda Hindistanın nümayiş etdirdiyi mövqe nə ədalətli, nə də uzaqgörən addımdır.

 Ölkəmizin ŞƏT-ə üzvlük istiqamətində səyləri davam edəcək və bu yol ölkəmizin çoxtərəfli diplomatiyadakı mövqeyini daha da gücləndirəcək. Çünki Azərbaycan bu təşkilat üçün yalnız iqtisadi və siyasi deyil, həm də strateji-humanitar baxımdan əvəzolunmaz tərəfdaşdır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri