Icma.az
close
up
RU
Hindistanın neft zavodları rus neftindən imtina edir “Riskli və az cəlbedicidir”

Hindistanın neft zavodları rus neftindən imtina edir “Riskli və az cəlbedicidir”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Hindistanın dövlət neft emalı zavodları keçən həftə Rusiya neftinin alışını dayandırıb.

“AzPolitika” xəbər verir ki, “Reuters”-in yayımladığı məlumata görə, buna səbəb ABŞ-dən gələn təzyiqlər və Rusiya neftinin qiymətində endirimlərin azalması olub.

Nəşrin məlumatına görə, Indian Oil Corp, Hindustan Petroleum, Bharat Petroleum və Mangalore neft emalı zavodları Rusiyadan yeni xam neft göndərilməsini tələb etməyib. Bunu onların planları ilə tanış olan dörd mənbə təsdiqləyib.

Hindistan neft emalı zavodları indi spot bazarda neft alırlar. Əsas diqqət Yaxın Şərq və Qərbi Afrikadan olan qiymətlərə, xüsusən də Abu Dabi Murban neftinə yönəlib.

Özəl şirkətlər olan “Reliance” və “Nayara”-nın Hindistanda Rusiya neftinin ən böyük alıcıları olaraq qalmasına baxmayaraq, dövlət şirkətləri ölkənin emal gücünün 60%-dən çoxuna - sutkada təxminən 5,2 milyon barel neftə nəzarət edir.

İyulun 14-də ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft almağa davam edən ölkələri 100% rüsum tətbiq etməklə hədələyib. Bu bəyanat Hindistan şirkətlərinin yeni təchizatdan imtina etmək qərarına təsir göstərə bilərdi.

Dövlət şirkətləri və Hindistan Neft Nazirliyi hələlik vəziyyəti şərh etməyib. Artan risklərlə Rusiya nefti Hindistan bazarı üçün daha az cəlbedici olub.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 İyul 2025 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri