Icma.az
close
up
RU
Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? AÇIQLAMA

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? AÇIQLAMA

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissəsində silahlı toqquşmalar qeydə alınıb, hər iki tərəf itkilər verib. Bundan sonra iki ölkə arasındakı siyasi təmaslar ən aşağı səviyyəyə enib, Hindistan Çinin yatırımlarından imtina edib.

Maraqlıdır, hadisələrin bu tendesiyada irəliləməsinə nə səbəb oldu?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu gərginliyin nə Çinin, nə də Hindistanın maraqlarına cavab verdiyini deyib.

E.Şahinoğlu bu mənada Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın iyulun 14-də Çinə rəsmi səfərinə diqqət çəkib:

"Doğrudur, Subramanyam Cayşankar iyulun 15-də Tyantszin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq məqsədilə Çinə səfər edib. Ancaq hindli dipomat fürsətdən istifadə edərək Çində ikitərəfli görüşlər də keçirərək, münasibətlərin normallaşdırılması mövzularını müzakirə edib. 

Subramanyam Cayşankar əvvəlcə çinli həmkarı Van Yi ilə görüşüb. Nazirlər iki ölkə arasında birbaşa hava əlaqəsinin yaradılması üçün praktiki addımlar barədə razılığa gəliblər. Bundan başqa, tərəflər humanitar mübadilələrin asanlaşdırılması məqsədilə qarşılıqlı səfərlər də daxil olmaqla əlavə addımlar atmağa qərarlaşdırıblar. Hindistan Xarici İşlər Nazirliyi Pekindəki müzakirələrlə bağlı bəyanat yayımlayıb. Bəyanatda müzakirələr konstruktiv və perspektivli adlandırılıb. Bildirilib ki, nazirlər gələcəkdə də ikitərəfli səfərlər və görüşlər vasitəsilə dialoqu davam etdirmək niyyətindədirlər. Hindistanın xarici işlər naziri Çinin vitse-prezidenti Han Cənlə də görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlərin sabit inkişafını təmin etmək üçün praktik əməkdaşlığı irəli aparması və qarşılıqlı əlaqələrə hörmət edilməsi vacibliyi vurğulanıb. İki ölkə arasında zaman-zaman yaşanan gərginliyə baxmayaraq, Subramanyam Cayşankar Hindistanla Çin arasında diplomatik əlaqələrin 75 illiyini yüksək qiymətləndirib və bildirib ki, “münasibətlərimizin davamlı normallaşması qarşılıqlı faydalı nəticələr verə bilər”.

Hindli diplomat beynəlxalq vəziyyətin getdikcə mürəkkəbləşdiyi bir vaxtda Hindistanla Çin arasında açıq fikir mübadiləsinə ehtiyac duyulduğunu bildirib.

Politoloq qeyd edib ki, Hindistanın xarici işlər naziri Çindəki görüşlərdə qlobal və regional mövzuları da müzakirə edib:

"Misal üçün Hindistan-Pakistan gərginliyinin azalması Çin üçün əhəmiyyət kəsb edir. Pakistan Çinin müttəfiqidir. Buna baxmayaraq, Pekin Hindistan-Pakistan arasında gərginlik istəmir. Çünki, bu zaman bölgədə təhlükəli vəziyyət yaranır və bu Çinin iqtisadi maraqlarına ziddir. İkincisi, ABŞ prosesə müdaxilə edir ki, bu da Çinin maraqlarına ziddir".


Firuzə Əliyeva
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyul 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri