Icma.az
close
up
RU
Hitlerin iqamətgahı yanıb kül oldu: saxlanılan var

Hitlerin iqamətgahı yanıb kül oldu: saxlanılan var

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Almaniyada nasist Almaniyasının lideri Adolf Hitlerin keçmiş dağ iqamətgahı kimi tanınan “Qartal yuvası”nda (Kehlsteinhaus) güclü yanğın baş verib. Tarixi bina yanğın nəticəsində böyük ölçüdə dağılıb.

Lent.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Bavariya Alp dağlarında, 1834 metr yüksəklikdə yerləşən Berxtesqaden bölgəsində qeydə alınıb.

Məlumata görə, yerli vaxtla saat 21:15-də binanın tüstü detektoru işə düşüb və müvafiq xidmətlərə həyəcan siqnalı daxil olub. Yanğınsöndürənlər hadisə yerinə çatanda tarixi bina artıq tamamilə alova bürünüb. Yanğının söndürülməsinə təxminən 200 nəfərdən ibarət yanğınsöndürmə və xilasetmə heyəti cəlb olunub.

İqamətgahın dağlıq ərazidə və böyük yüksəklikdə yerləşməsi əməliyyatı xeyli çətinləşdirib. Güclü tüstü səbəbindən xilasedicilər xüsusi tənəffüs aparatlarından istifadə etməli olublar.

Yanğın gecə saatlarında da davam edib. Həmin vaxt dağın zirvəsində qar yağmasına baxmayaraq, alovun yayılmasının qarşısını almaq çətin olub. Təhlükəsizlik məqsədilə iqamətgaha aparan avtomobil yolu müvəqqəti bağlanıb. Polisin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğın zamanı binanın içərisində heç kim aşkarlanmayıb.

Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar bir nəfəri saxlayıblar. Almaniya mediasının məlumatına görə, saxlanılan şəxs yanğın yerinə aparan yolda rast gəlinən motosikletçidir. İstintaq yanğının qəsdən törədilməsi ehtimalını araşdırır. Traunşteyn Prokurorluğu saxlanılan şəxsin hadisə ilə əlaqəli ola biləcəyinə dair ciddi əlamətlərin olduğunu bildirib.

Qeyd edək ki, “Qartal yuvası” 1937–1938-ci illərdə nasist rəhbərliyi üçün nümayəndəlik iqamətgahı kimi inşa olunub. Hitlerlə əlaqələndirilməsinə baxmayaraq, onun bu iqamətgaha nadir hallarda baş çəkdiyi bildirilir.

Bina İkinci Dünya müharibəsi zamanı dağıntılardan xilas olub. 1952-ci ildən etibarən isə turistlərin ziyarət etdiyi məkan kimi fəaliyyət göstərib. Burada restoran və nasist dövrünün tarixinə həsr olunmuş ekspozisiya yerləşib.

Almaniya mediasının oktyabrın 24-də yaydığı son məlumatlara görə, yanğın binanı demək olar ki, tamamilə məhv edib, dam örtüyünün bir hissəsi çöküb. İlkin hesablamalara əsasən, maddi ziyan milyonlarla avro təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://lent.az
archiveBu xəbər 24 Oktyabr 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see365

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see354

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see289

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see285

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see283

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see279

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see275

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see260

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see235

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see226

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see223

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see222

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see221

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see218

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see214

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see214

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see212

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see197

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see183

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri