Icma.az
close
up
RU
Hiyləgər Paşinyan həm Ərdoğanla dostlaşır , həm də düşmənlərini “dənləyir”...

Hiyləgər Paşinyan həm Ərdoğanla dostlaşır , həm də düşmənlərini “dənləyir”...

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır
Nikol Paşinyan Ankaraya səfər etdi. Ermənistan baş nazirinin Türkiyəyə səfəri bölgədəki müharibə prosesi, siyasi yerdəyişmələr fonunda baş verir. Nikol Paşinyan dünya siyasətinin ciddi aktorlarından sayılan, bölgə siyasətinin əsas lideri kimi ABŞ, Çin və Rusiya, habelə Avropa İttifaqının özü tərəfindən qəbul edilən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla müzakirə üçün Ankaraya getdi. Əlbəttdə, görünən odur ki, erməni baş nazir türkiyə rəhbəri ilə yaxınlaşma siyasəti aparır. Düzdür, erməni cəmiyyətində baş nazirin bu manevrləri qıcıq yaradır və bu addımlara görə N.Paşinyan tənqidlərin və hücumların hədəfindədir. Xüsusilə revanşist dairələr və kilsə nümayəndələri ənənəvi xəstə təfəkkürə bürünüb erməni baş naziri Ərdoğana əyilməkdə, “satılmaqda” ittiham edib, “topa tuturlar”.
Lakin görünən odur ki, hazırkı erməni baş nazir neçə əsrlərdir erməni cəmiyyətində kök atmış streotiplərdən tam fərqli olaraq real siyasət kursuna üstünlük verir və öz hakimiyyətinin təhlükəsizliyi üçün manevrlər edir. Görünən odur ki, N.Paşinyan İran-İsrail müharibəsinin alovlandığı bir vaxtda, əslində real vəziyyətdən faydalanmaq üçün çalışır. Buna sübut kimi rəsmi İrəvanın artıq Avropadakı dəstəkçilərindən və başı qarışıq olan Rusiyadan ümidini kəsib Türkiyə ilə əlaqələrə üstünlük verməsini göstərmək olar. Nikol Vavayeviç əsl erməni hiyləgərliyi ilə iş aparır. Bölgədə kim güc sahibidirsə onunla yaxınlaşma və tərəfdaşlıq qurmağa, beynəlxalq dəstək qazanmağa çalışır. Əlbəttdə, açıq-aydın görünən odur ki, erməni baş nazir İranın “qan itirdiyi”, Avropa və Rusiyanın başının qarışdığı bir vaxtda öz hakimiyyətinin təhlükəsizliyi üçün çapalayır N.Paşinyan eyni zamanda Ermənistan daxilindəki potensial düşmənlərini də “təmizləməklə” məşğulur.
Artıq neçə gündür erməni əsilli Rusiya vətəndaşı olan milyarder Samvel Karapetyan həbs edilib. Artıq Ermənistan höküməti ona məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-ni (ENA) milliləşdirməyə hazırlaşır. S.Karapetyan kifayət qədər ciddi fiqurdur və Kremldə qəbul edilən şəxsdir. əlbəttdə onun bu şəkildə zərərsizləşdirilməsi N.Paşinyanın təkbaşına verə biləcəyi qərar deyil. Çox güman ki, hazırkı erməni hakimiyyətinə düşmən kəsilmiş kilsə ilə sıx münasibətləri olan milyarderin həbsi üçün erməni baş nazir Kremldən razılıq alıb. Moskvanın da belə gərgin situasiyada hansısa milyarderin pul itirməsinə və Ermənistandan qovulmasına görə N.Paşinyana göz ağardacağına inanmıram. Görünür ki, siyasi tullantı olaraq qəbul edilən revanşist Serj Sarkisyan və Robert Köçəryan kimi dostlarından fərqli olaraq, hazırkı vəziyyətdə N.Paşinyan V.Putin üçün Ermənistanda ən işlək və sərfətli tərəfdaş kimi qəbul edilir. Belə olmasaydı erməni baş nazir kilsəyə qarşı bu şəkildə aşağılayıcı hücum etməz, onları zərərsizləşdirmək üçün ciddi addımlara əl ata bilməzdi. Çünki Kilsə Kremlin “arxa bağçası” sayılır. Bu gün N.Paşinyan tükdən nazik və ölümün qulağının dibində olan siyasət ipi üzərində hərəkət edir. Bu gün Nikol Vavayeviç ənənəvi erməni hiyləgərliyi ilə özünü və hakimiyyətini qorumaq üçün çapalayır. Amma nə vaxta kimi? – onu zamana buraxaq...

Mətləb Salahov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyun 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri