Hizbullah: Biz Livanın İsrail ilə danışıqlarına qarşıyıq
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
Hizbullahın baş katibi Şeyx Naim Qasım Livan hökumətinin İsraillə birbaşa danışıqlar aparmasına qarşı olduqlarını bir daha bəyan edib.
Turkustan.az xəbər verir ki, "çərçivə müqaviləsi"nin tamamilə İsrailin maraqlarına xidmət etdiyini iddia edib.
Şeyx Qasım videomüraciətlə Beyrutun Dahiye rayonunda İranın ali rəhbəri Ayətullah Əli Xameneiyə həsr olunmuş simvolik dəfn mərasimində toplaşan izdihama səslənib.
ABŞ və İsrailin İrana qarşı hücumlarını "qlobal hücum" kimi dəyərləndirən Hizbullah lideri Vaşinqtonu Livan üzərində qəyyumluq yaratmağa çalışmaqda ittiham edib.
O, həmçinin İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozduğunu, ABŞ-ın isə Livan hökumətinə İsrailin maraqlarına uyğun tələblərlə təzyiq göstərdiyini bildirib.
Şeyx Qasımın sözlərinə görə, Livanın İsraillə birbaşa danışıqlara getməsi qəbuledilməzdir. O iddia edib ki, "çərçivə müqaviləsi" İsrailin xeyrinə hazırlanıb və bu sənəd ABŞ ilə Livan hökumətinin əməkdaşlığı nəticəsində formalaşıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 09 İyul 2026 18:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















