“Hizbullah” hədəfləri vuruldu İsrail İranla müharibəyə hazırlaşır
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İsrail Müdafiə Qüvvələri Livanda terror hədəflərinə qarşı əməliyyatlarını gücləndirib.
Bakupost.az “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu artım İranla yeni müharibəyə hazırlıq çərçivəsində həyata keçirilir. Məlumata görə, son günlərdə İsrail ordusu tərəfindən “Hizbullah” və “İslami Cihad” təşkilatlarının məntəqələri, raket buraxıcıları və silah anbarları hədəf alınaraq zərərsizləşdirilib.
Fevral ayının əvvəlindən etibarən İsrail qüvvələri Livanda 12 terrorçunu – “Hizbullah” və “İslami Cihad” üzvlərini məhv edib. Bu əməliyyatlar təşkilatın İranla mümkün müharibədə iştirak etmək imkanını zəiflətmək məqsədini daşıyır.
İsrailin hərbi mənbələri bildirir ki, əməliyyatların əsas hədəfi yalnız silah anbarları və raket sistemləri deyil, həmçinin terror qruplarının İranın mümkün hərbi planlarına dəstək vermə qabiliyyətidir. Hər iki tərəf arasında gərginlik artmaqdadır və Livandakı əməliyyatlar İranla mümkün qarşıdurmaya hazırlıq kontekstində qiymətləndirilir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:İsrail Hizbullah la müharibəyə hazırlaşır
30 Noyabr 2025 19:17
İsrail ordusu İranla müharibəyə hazırlaşır
02 Noyabr 2026 09:38
“Hizbullah”ın hədəfləri havadan vuruldu
03 Mart 2026 10:44
İsrail İranla müharibəyə hazırlaşır Tehrana son mesaj verildi
17 Fevral 2026 22:04
İsrail yenidən İranla müharibəyə başlayacaq?
19 İyul 2026 11:46
Baxış sayı:189
Bu xəbər 17 Fevral 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















