Icma.az
close
up
RU
“Hizbullah” İsrail hərbçilərini hədəf alıb

“Hizbullah” İsrail hərbçilərini hədəf alıb

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrailin şimal bölgələrinə təşkil edilən hücumlar səbəbilə xəbərdarlıq sirenlərinin səsləndiyi bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun açıqlamalarında Manara və Marqaliyot bölgələrində sirenlərin işə düşdüyü, daha sonra isə Kiryat-Şimona ətrafında “düşmən hava vasitəsinin sızması” şübhəsi ilə həyəcan siqnalı verildiyi qeyd olunub.

 İsrailin Daxili Cəbhə Komandanlığı da bölgədə pilotsuz uçuş aparatının aşkar edilməsindən sonra xəbərdarlıq sirenlərinin aktivləşdirildiyini açıqlayıb. 

Yerli mənbələr Livanın cənubundan raket və pilotsuz uçuş aparatı hücumlarından sonra İsrailin şimalında hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib. İsrail mediası ordunun axşam saatlarında Livanın paytaxtı Beyruta təşkil etdiyi hücum nəticəsində “Hizbullah”-a bağlı Rıdvan Qüvvələrinin komandiri Malik Balutun öldürüldüyünü iddia edib. “Hizbullah” isə Balutla bağlı hər hansı açıqlama verməyib. 

Digər tərəfdən, “Hizbullah”ın dünən yaydığı açıqlamada İsrail ordusunun atəşkəsi pozduğu, Livanın cənubunda işğal və mülki yaşayış məntəqələrinə hücumlarını davam etdirdiyi bildirilib. 

Açıqlamada buna cavab olaraq müxtəlif bölgələrdə İsrailin hərbi mövqelərinə qarşı 17 hücum həyata keçirildiyi qeyd olunub. Livanın cənubunda İsrail hərbçilərinin toplandığı nöqtələrin, zirehli texnikaların, tankların və digər hərbi hədəflərin raketatanlar, minaatanlar və pilotsuz uçuş aparatları ilə vurulduğu vurğulanıb. 

“Atəşkəs pozuntularına və işğala cavab olaraq Livanda İsrail əsgərlərini hədəf aldıq”, – deyə açıqlamada bildirilib. Həmçinin müxtəlif bölgələrdə İsrail hərbi birlikləri və texnikalarına çoxsaylı hücumların təşkil olunduğu, bəzi hədəflərə birbaşa zərbələrin endirildiyi qeyd edilib. 

İsrail ordusunun martın 2-dən etibarən Livana həyata keçirdiyi hücumlar nəticəsində 2 min 715 nəfərin öldüyü, 8 min 353 nəfərin yaralandığı bildirilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 May 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri