Hizbullah Livan ordusu ilə müharibəyə hazırlaşır? Təşkilat açıqlama yaydı
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Livan hakimiyyətinin təşkilatın tərksilah olunması prosesini ölkənin bütün ərazisinə yaymaq cəhdləri sabitliyi poza və vətəndaş müharibəsinə səbəb ola bilər.
Globalinfo.az xəbər verir ki, bunu “Hizbullah“ın yüksək rütbəli siyasi nümayəndəsi Mahmud Kmati deyib.
Onun sözlərinə görə, Livan hökumətinin və dövlət institutlarının seçdiyi kurs ölkəni xaosa və qeyri-sabitliyə aparır. Bununla belə, Kmati vurğulayıb ki, “Hizbullah” Livan ordusu ilə qarşıdurmaya girmək niyyətində deyil.
Kmati həmçinin dövlətin cənub bölgələrindən kənarda silaha nəzarəti ələ almaq istəyini ən böyük cinayət adlandırıb. O qeyd edib ki, 2024-cü ildə imzalanmış atəşkəs razılaşması yalnız Litani çayının cənubuna şamil olunur və daha genişmiqyaslı tərksilah üçün əsas ola bilməz.
Bu açıqlama Livanda silahlı qruplaşmaların rolu və dövlətin güc strukturlarına nəzarəti mövzusunda davam edən daxili müzakirələr fonunda səslənib.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 14 Yanvar 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















