“Hizbullah”ın mətbuat katibinin ölüm xəbəri təsdiqləndi
Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Hizbullah” təşkilatı İsrailin Beyrutun mərkəzindəki Ras-ən-Nabaa rayonuna hava hücumu zamanı informasiya xidmətinin rəhbəri Məhəmməd Afifin öldüyünü təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Hizbullah”ın rəsmi “Telegram” kanalında məumat verilib.
Qeyd edək ki, bundan əvvəl “Əl-Cədid” telekanalı da Livan təhlükəsizlik xidmətindəki mənbələrə istinadla Afifin öldüyünü xəbər verib. Telekanalın sözlərinə görə, Afif Suriyayönlü Ərəb Sosialist İntibah Partiyasının qərargahının yerləşdiyi binada olub və o, ən azı iki raket zərbəsinə məruz qalıb.
Afif “Hizbullah”ın informasiya xidmətinə 2014-cü ildən rəhbərlik edib. O, “Hizbullah”ın qurucu nəslindəndir və sentyabrın 27-də İsrailin hava hücumu zamanı öldürülən təşkilatın keçmiş lideri Həsən Nəsrullahın silahdaşı olub.
Afif “Hizbullah”ın ruporları olan “Al Manar” telekanalının, “Nur” radiostansiyasının və “Al-Ahed News” xəbər portalının işinə nəzarət edirdi.
Baxış sayı:91
Bu xəbər 18 Noyabr 2024 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















