Icma.az
close
up
RU
“Hizbullah”ın silahı yerə qoymaq üçün irəli sürdüyü 4 ŞƏRT...

“Hizbullah”ın silahı yerə qoymaq üçün irəli sürdüyü 4 ŞƏRT...

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hizbullah” hərəkatı öz döyüşçülərinin silahsızlaşdırılması məsələsini yalnız İsrailin müəyyən şərtləri yerinə yetirməsi və İsrailin hücumlarından zərər çəkmiş bölgələrin bərpası fonunda müzakirə etməyə hazır olduğunu bəyan edib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Livan parlamentində “Müqavimətə sədaqət” fraksiyasının deputatı Həsən Fadlallah açıqlama verib.

“İlk növbədə, son günlər şahidi olduğumuz İsrailin Livana hücumları dərhal dayandırılmalıdır. İkincisi, işğala son qoyulmalı və İsrail qoşunları Livan ərazisindən çıxarılmalıdır. Üçüncüsü, düşmən tərəfindən əsir götürülmüş bütün döyüşçülərimiz azad olunmalıdır”, – deyə siyasətçi “Asharq al-Awsat” qəzetinə bildirib. 

Deputat dördüncü şərtin hərbi əməliyyatlar zamanı maddi ziyan dəymiş yaşayış məntəqələrinin bərpası olduğunu bildirib.

“Təcavüz zamanı dağıdılmış və zədələnmiş bütün evlər bərpa olunmalıdır. Bu şərtlər yerinə yetirildikdən sonra Livanın müdafiə doktrinasının müzakirəsinə başlaya bilərik”, – deyə o vurğulayıb. 

Aprelin 20-də Livan prezidenti general Cozef Aun Pasxa bayramı münasibətilə xalqa müraciətində “Hizbullah”ın silahsızlaşdırılması məsələsində tələskənlik etməyəcəyini və bu məsələdə təzyiqlərə yol vermək niyyətində olmadığını bildirib.

“Bu məsələni müdafiə doktrinası çərçivəsində dialoq yolu ilə həll edəcəyik, lakin uyğun şəraitin yetişməsini gözləməli olacağıq. Hazırda bu prosesin nə vaxt baş tutacağı və ya hər hansı təzyiq barədə danışmaq mümkün deyil”, – deyə Aun vurğulayıb. 

Prezident əlavə edib ki, “ölkədaxili məsələlərə məsuliyyətli və düşünülmüş şəkildə yanaşmaq lazımdır ki, Livanı uçuruma aparmasın”.

Aprelin 18-də “Hizbullah”ın baş katibi Naim Qasım isə xəbərdarlıq edərək bildirib ki, hərəkatın silahlı dəstələrinin güc yolu ilə tərksilah edilməsinə imkan verilməyəcək. Onun sözlərinə görə, Livan ordusu ilə müqavimət dəstələri arasında qarşıdurma baş verməyəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sitat.info
archiveBu xəbər 22 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri