Icma.az
close
up
RU
Hobbi seçimini necə edək? PSİXOLOQ AÇIQLADI

Hobbi seçimini necə edək? PSİXOLOQ AÇIQLADI

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir həyat tərzi insan psixikasına ciddi təsir göstərir. İş gərginliyi, sosial məsuliyyətlər, informasiya bolluğu və gündəlik problemlər emosional yorğunluq və stress yaradır. Stress, bir insanın özünü təhlükədə hiss etdiyi və ya müqavimət göstərməli olduğu bir vəziyyətlə qarşılaşdığı və ya düşündüyü zaman yaranan emosional, zehni və fiziki reaksiyadır. Stressə səbəb olan bu təhlükə, real olan və ya sadəcə olaraq təsəvvür edilən narahatlığa əsaslana bilər.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Günel Allahverdiyeva deyib.


O bildirib ki, psixoloji praktikada müşahidə olunur ki, uzunmüddətli stress insanın əhvalına, yuxusuna, diqqətinə və ümumi sağlamlığına mənfi təsir göstərir. Bu səbəbdən boş vaxtın düzgün təşkili və uyğun hobbi seçimi psixoloji rifahın qorunmasında mühüm rol oynayır:

”Mən psixoloq olaraq qeyd etmək istəyirəm ki, hobbi yalnız zaman keçirmək vasitəsi deyil, həm də emosional tənzimləmə mexanizmidir. Düzgün seçilmiş məşğuliyyət insanın gərginliyini azaldır, özünəinamı artırır və daxili balans yaradır. Stressi azaltmaq və zehni sakitləşdirmək üçün effektiv məşğuliyyətlər bədəndəki gərginliyi azaldır və endorfin (xoşbəxtlik hormonu) ifrazını artırır. Stressi azaltmağa kömək edən bəzi məşğuliyyətlər var ki onlara aiddir:
1.Fiziki fəaliyyətlər: Bunlara aiddir:

Yüngül idman: Qaçış, üzgüçülük və ya rəqs kimi aktiv fəaliyyətlər orqanizmdəki gərginliyi azaldır, bədənin rahatlamasına və fiziki təzahürlərinin azalmasına kömək edir.
Gəzinti: Təbiətdə və ya təmiz havada qısa müddətdə gəzinti stressi daha tez azalda bilər.
Meditasiya: Bu zaman insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düçüncəni başqa aləmə yönəldir. Gün ərzində 5 dəqiqə gözləri yumub sakit oturmaq və nəfəsə fokuslanmaq zehni sakitləşdirir.
Deməli, psixoloji sağlamlıqla fiziki fəaliyyət arasında sıx əlaqə var. Fiziki aktivlik stress hormonlarının azalmasına kömək edir. Fiziki hərəkət zamanı orqanizmdə endorfin maddəsi ifraz olunur ki, bu da əhval-ruhiyyəni yaxşılaşdırır və gərginliyi azaldır.
2.Zehni və yaradıcı fəaliyyətlər. Bunlara aiddir:

Kitab oxumaq:. Kitab oxumaq insanın empatiya qabiliyyətini gücləndirir və düşüncə prosesini müsbət istiqamətə yönəldir. Maraqlı bir kitab dünyasına dalmaq zehnin dincəlməsinə kömək edir. Əsasən bədii və motivasiya xarakterli ədəbiyyat insana emosional rahatlıq verir.
Musiqi dinləmək: Musiqi terapiyası psixologiyada geniş istifadə olunur. Sakitləşdirici musiqi dinləmək stressi azaltmağın ən asan yollarından biridir. Musiqi emosional stabilliyi daha çox gücləndirir və daxili rahatlıq yaradır.

Yaradıcılıq fəaliyyəti: Yaradıcılıq insanın daxili hisslərini təhlükəsiz şəkildə ifadə etməsinə imkan yaradır ki, bu da psixoloji boşalmanı təmin edir. Rəsm çəkmək, müxtəlif rəsmləri rəngləmək, toxumaq və ya digər əl işləri ilə məşğul olmaq diqqəti problemdən yayındırır və insanın rahatlaşmasına səbəb olur..
3.Təbiət və istirahət:

Bağçılıq: Təbiətdə vaxt keçirmək zehni və bədəni sakitləşdirir. Torpaqla məşğul olmaq və bitkilərə qulluq etmək stressi azaldır.
Heyvanlarla vaxt keçirmək: Elmi araşdırmalar sübut edir ki, heyvanlar insan psixikasına çoxşaxəli müsbət təsir göstərir. Ev heyvanları ilə oynamaq və ya təbiətdəki heyvanları müşahidə etmək həm fiziki, həm də psixoloji olaraq stressin azalmasının ən təsirli və təbii yollarından biridir.

4.Sosial və digər fəaliyyətlər:

Dostlarla vaxt keçirmək: Sevdiyiniz insanlarla söhbət etmək və ya vaxt keçirmək gərginliyi azaltmağa və emosional tarazlığı bərpa etməyə kömək edir. Dostlarla birlikdə əylənmək və gülmək beyində xoşbəxtlik hormonlarının ifrazını artırır, stres hormonlarını isə azaldır.
Yazı yazmaq: Hisslərinizi və ya gün ərzində sizi narahat edən məsələləri gündəliyə yazmaq zehni rahatlamaq və stressi idarə etmək üçün təsirli bir fəaliyyətdir.
5.Özünə qulluq və gündəlik rahatlama:
İsti duş qəbul etmək, aromaterapiya, rahatlaşdırıcı çaylar içmək və şəxsi baxımla məşğul olmaq stressin azalmasına kömək edir. Bu fəaliyyətlər insanın özünü daha dəyərli və sakit hiss etməsini təmin edir.
Psixoloji baxımdan hobbi seçimi fərdi xüsusiyyətlərə uyğun olmalıdır. Hər bir insan öz maraq dairəsinə uyğun məşğuliyyət taparaq emosional sağlamlığını qoruya bilər. Hobbi stressin azaldılması, özünüinkişaf və həyat keyfiyyətinin yüksəldilməsi üçün mühüm vasitədir. Buna görə də gündəlik həyatda istirahətə və sevdiyimiz fəaliyyətlərə vaxt ayırmaq çox vacibdir. Hobbilər stressin azalmasında və psixoloji rahatlığın təmin olunmasında mühüm rol oynayır. Düzgün seçilmiş məşğuliyyət insanın həyat keyfiyyətini yüksəldir və emosional balans yaradır”.

Ayşən Vəli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri