Icma.az
close
up
RU
“Hökm vermək” xəstəliyi

“Hökm vermək” xəstəliyi

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.


(Həyat dərsi)
Nəsildən-nəsilə, əsrdən-əsrə keçən gözəl sözlərimiz var. Məsələn, “Hər şeydə bir xeyir var”, “Hər şeyin xeyirlisi”, “Sizin şər bildiyiniz şeylərdə xeyir, xeyir bildiyiniz şeylərdə şər var” və s. kimi. Çin mütəfəkkiri Lao Tszının çox sevdiyi bir rəvayət isə belədir:
Bir kənddə qoca bir kişi var idi. Bu qoca çox kasıb yaşayırdı. Ancaq çox gözəl bir atı var idi. Bu ata görə kral da onu qısqanırdı. Hətta, kral bu at üçün xəzinəsinin hamısını verməyə hazır idi. Qoca isə həmişə:
- Bu at mənim üçün təkcə at deyil, həm də dostdur. Adam öz dostunu necə sata bilər? - deyirdi.
Bir gün at yoxa çıxdı. Kənd camaatı qocanın başına yığışdı:
- Axı biz sənə demişdik, bu atın heyifini səndə qoymayacaqlar. Əgər vaxtında bu atı krala satsaydın, indi dünyanın ən varlı adamı olardın. Ancaq indi nə atın var, nə də var-dövlətin.
Qoca:
- Hökm vermək üçün tələsməyin. Hələlik bir həqiqət var ki, at yoxa çıxıb. Atımın itməyi bədbəxtlikdir, yoxsa xoşbəxtlik onu Allah bilir.
Kəndlilər qocaya güldülər. Ancaq aradan 15 gün keçməmiş at qayıtdı. Yanında da bir ilxı at. Sən demə at dağa gedibmiş. Kəndlilər qocanın yanına gəlib üzr istədilər:
- Sən haqlı çıxdın. Atının itməyi heç də bədbəxtlik deyilmiş. Əvvəl bir atın var idi, indi bir ilxı atın var.
Qoca yenə etiraz etdi:
- Siz yenə də hökm vermək üçün tələsirsiniz. Siz yalnız atın qayıtdığını deyin. Çünki həqiqət budur. Qalanları isə sizin təxəyyülünüzdür. Bundan sonra nə olacaq məlum deyil. Bir-iki cümləsini oxumamış bir kitab haqqında necə hökm vermək olar?
Kəndlilər bu dəfə də qocaya güldülər. Bir həftə keçməmiş qocanın oğlu atların birindən yıxılıb ayağını sındırdı. Kəndlilər yenə qocanın başına yığışdılar:
- Sən bu dəfə də haqlı çıxdın. Bu atların ucbatından oğlun ayağını sındırdı.
Qoca:
- Siz deyəsən, “hökm vermək” xəstəliyinə tutulmusunuz. Yaxşı olar ki, tələsməyəsiniz. Təkcə bir həqiqət var ki, oğlum ayağını sındırdı. Ancaq bundan sonra nə olacaq, onu Allah bilir.
Bir neçə həftə sonra düşmənlər böyük bir ordu ilə ölkəyə hücum etdilər. Kral əli silah tutanların hamısını döyüşə çağırdı. Qocanın oğlundan başqa kənddə əli silah tutan kim varsa, döyüşə getdi. Kənddə hamı yas tutdu. Çünki bu döyüş adi bir döyüş deyildi. Bu döyüşdə qalib gəlmək çətin idi. Kəndlilər yenə qocanın başına yığışdılar:
- Sən bu dəfə də haqlı çıxdın. Ayağı sınıq olduğu üçün oğlunu döyüşə aparmadılar. Bizimkilər isə ölümə getdilər. Ancaq səninki ayağı sınıq da olsa, yanındadır. 
Qoca:
- Siz yenə də tələsirsiniz. Mənim oğlum yanımdadır, sizinkilər isə döyüşdə. Ancaq bunun hansının bədbəxtlik, hansının xoşbəxtlik olduğunu Allah bilir.
Və Lao Tszı rəvayətini bu nəsihətlə tamamlayır: “Heç vaxt tələsik hökm verməyə çalışmayın. Ağlınız sizi hökm verməyə məcbur etsə də, siz təmkinli olun. Çünki səfər davam edir. Bir yol qurtaranda, başqa bir yol başlayır. Bir qapı bağlananda, başqa bir qapı açılır”.
Murad Məmmədov
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 01 May 2026 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri