Hökumə Əliyevanın qəbirüstü abidəsi belə olacaq FOTO
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qəbirüstü abidəsi hazırlanır.
Milli.Az bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Qəhrəmanın atası Cəlil Əliyev deyib.
O bildirib ki, artıq qəbirüstü abidənin hazırlanmasına başlanılıb: "Mənə AZAL-dan zəng etmişdilər. Bildirdilər ki, Hökumə Əliyevanın qəbri üzərində büst ucaldılacaq. Büst altı ay və yaxud bir il ərzində hazır olacaq".
Cəlil Əliyev vurğulayıb ki, büstdə Hökumənin fotosunun fonunda təyyarə və Milli Qəhrəmanın döş nişanı əksini tapacaq.
Qeyd edək ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərin Susuzluq kəndində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini tamamlayıb. 2016-cı ildən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi, sonralar isə stüardessa kimi işləməyə başlayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 24 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















