Icma.az
close
up
RU
Hökumənin adı Qazaxıstanda tibbi maşınlara verildi VİDEO

Hökumənin adı Qazaxıstanda tibbi maşınlara verildi VİDEO

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstanda Azala məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində qəhrəmancasına həlak olan bələdçi Hökumə Əliyevanın adının əbədiləşdirilməsi istiqamətində addım atılıb.

Zirehli texnika istehsalı üzrə ixtisaslaşan şirkətdə tibbi təyinatlı Arlan maşınlarında "By Hokumə Aliyeva” seriyası təqdim edilib.  Görüntü ötən il dekabrın 25-nə, səs isə Hökumə Əliyevaya məxsusdur. Bütün dünyaya səs salan qəza nəticəsində 38 nəfər həlak oldu. Faciə Qazaxıstan üçün isə ikiqat zərbə idi, çünki hadisə zamanı təyyarədə olan vətəndaşlarından heç biri xilas olmadı. Qəzadan sağ çıxanların olması "möcüzə” adlandırıldı. Bu möcüzəni yaradanlar da məhz ekipaj üzvləri, onların peşəkarlığı idi. Həmin möcüzənin müəlliflərindən biri də baş bələdçi Hökümə Əliyevadır. Milli Qəhrəmanımızın adı hər yerdə qürurla vurğulanır və qadın gücünün, cəsarətinin, şücaətinin rəmzi kimi qarşılanır. Qazaxıstanda zirehli texnikanın istehsalı və silah sistemləri mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkətin qurucusu Aybek Barısov da bundan ilhamlanaraq məşhur "Arlan” zirehli maşınlarında "BY HOKUMA ALIYEVA” seriyasını təqdim edib.

Aybek Barısov - "Kazakhstan Paramount Engineering və Weapon Systems Engineering” şirkətinin qurucusu: Gördüyünüz avtomobil əslində Müdafiə Nazirliyi üçün hazırlanmışdı. Bizim Müdafiə Nazirliyimiz bu avtomobili BMT-nin sülhməramlı missiyası üçün Qolan Yüksəkliklərinə göndərib. O vaxt biz düşündük ki, bu zirehli təcili tibbi yardım maşını olmalıdır. Təyyarənin salonunda lentə alınanları hamımız gördük və Hökümə Əliyevanın peşəkarlığına heyran qaldıq. Onun vəzifəsini o an belə qorxmadan icra etməsini heyrətlə izlədik. Bu hərbi avtomobilin əsas funksiyası həyatı xilas etməkdir, buna görə də başqa heç nə ağıla gələ bilməzdi.  Çoxfunksiyalı avtomobilin adı Arlandır. Hərbi təkərli avtomobildir, amma tibbi funksiyaları olanlar Hökümə Əliyeva adı ilə istehsal olunacaq. Hərbi avtomobilin üzərində xüsusi işləmə ilə Hökümə Əliyevanın adı həkk olunub. "Arlan" zirehli maşınlarının uzunluğu 6,5 m, gövdə eni 2,66 m və hündürlüyü (damda, silah nəzərə alınmadan) – 2,75 m, yükdaşıma tutumu - 13,5 tondur. Zirehli avtomobilin sürəti saatda 100 km-ə çatır. Tam ötürücülü şassi müxtəlif maneələrin aradan qaldırılmasını təmin edir.  Çətin relyefli və dağlıq ərazilərdə hərəkət edə və müxtəlif maneələri, o cümlədən 1,2 metr dərinlikdə çayı keçə bilir. Elə bu səbəbdən İkinci Qarabağ müharibəsində də bu nəqliyyat vasitələri böyük rol oynayıb. 

Bu maşınlar Azərbaycana Marauder adı ilə çatdırılmışdı. Marauderin 60 ədədini göndərmişdik, yanılmıramsa, 30-dan çoxu aktiv istifadə edilirdi. Hətta bu maşınların tank əleyhinə minalarda itki vermədən partlamasına dair görüntülər də var idi. O baxımdan bu maşınlar çox dayanıqlıdır. Konstruksiyası MRAT-dır, yəni çox yüksək mina və ballistik qorunması var.

Avtomobil 12,7 mm-lik qüllələrdən qorunur. Maşının alt hissəsi V-şəkillidir, 8 kq trotil ekvivalenti olan partlayıcı qurğunun partlamasına qarşı dözümlüdür. Hətta təkər belə eyni miqdarda partlayıcı maddə tətbiq edildikdə partlayışa dözə bilir. Şirkətin qurucusu məhz bu dözümlülüyünə görə avtomobilə iradəsi, qorxmazlığı və cəsarəti ilə fərqlənən Hökümə Əliyevanın adını verib. Deyir qoy Hökümə Əliyeva qəhrəmancasına həyatları xilas etdiyi kimi, bu avtomobil də onun mərdliyinin nümunəsi kimi bu missiyanı yerinə yetirsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see256

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see243

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see240

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see214

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see208

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see204

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see190

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see186

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see185

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see154

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see143

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see141

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see134

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see130

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see129

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see129

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri