“Hökumət elə “gözəl” şərait yaradıb ki...” Azərbaycan qərənfili də xaricdən almağa başlayıb
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycanın idxaldan asılılığı o həddə çatıb ki, artıq ölkəmiz ənənəvi olaraq ixrac etdiyi bəzi məhsulları belə xaricdən almağa başlayıb. Bunların arasında bir vaxtlar Abşeron yarımadasında kütləvi şəkildə becərilən və daha çox Rusiyaya aparılan qərənfil də var…
“AzPolitika” xəbər verir ki, bu mövzuyla bağlı iqtisadçı Natiq Cəfərlinin paylaşımında deyilir: “Millət, gözümüz aydın olsun, Azərbaycan xarici ölkələrdən, o cümlədən Efiopiyadan qərənfil almağa başlayıb – 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 188 min ABŞ dolları dəyərində 2,72 milyon ədəd qərənfil gətirilib.
Gömrük sənədlərinə əsaslansaq, 2 mln. 720 min ədəd qərənfilə 319 min 600 manat vəsait ödənilib, yəni, 1 qərənfil ölkəyə, təqribən, 12 qəpiyə başa gəlib.
Ölkədə bu məhsul başa gəldiyi qiymətdən 5-6 dəfə baha satılır – bu ayrı problemdir. Əsas məsələ odur ki, SSRİ dövründə 270 milyonluq sovetləri Azərbaycan, az qala, təkbaşına qərənfillə təmin edirdi, amma indi Efiopiyadan gül almağa məcburuq. Çünki, daxili istehsal sərfəli deyil, hökumət elə “gözəl” şərait “yaradıb” ki, ölkədə istehsalla, əkin-biçinlə məşğul olmaq gəlirli deyil...”
“AzPolitika.info”
Baxış sayı:60
Bu xəbər 16 Yanvar 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















