Icma.az
close
up
RU
Hökumət missiyamız Somalidə

Hökumət missiyamız Somalidə

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fevralın 4–5-də xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərliyi ilə ölkəmizin hökumət missiyası Azərbaycanla Somali arasında ikitərəfli siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan yüksəksəviyyəli əməkdaşlıq münasibətlərinin davam etdirilməsi məqsədilə Somali Federativ Respublikasında səfərdə olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər zamanı nümayəndə heyətinin Somali Baş nazirinin müavini Salah Əhməd Cama, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Moallim Fiqi, neft və mineral resurslar naziri Dahir Shire Mohamed, müdafiə naziri Abdulkadir Mohamed Nur Jama, planlaşdırma, investisiya və iqtisadi inkişaf naziri Mohamud Beenebeene, təhsil, mədəniyyət və ali təhsil naziri Farah Abdulkadir Mohamed, Milli İdentifikasiya və Qeydiyyat Qurumunun direktoru, həmçinin Balıqçılıq və Mavi İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı və Suvarma Nazirliyinin, Heyvandarlıq, Meşə və Otlaq Təsərrüfatı Nazirliyinin yüksəkvəzifəli şəxsləri ilə görüşləri keçirilib, Türkiyə Maarif Fondunun Somali nümayəndəliyinə tanışlıq ziyarəti təşkil olunub.

Görüşlərdə ölkələrimiz arasında son illər ərzində təmasların intensiv hal aldığı və bunun əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynadığı diqqətə çatdırılıb. Həmçinin bir sıra istiqamətlər, o cümlədən neft və qaz, yaşıl enerji, kənd təsərrüfatı, balıqçılıq, humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğu və müvafiq sahələrdə ikitərəfli hüquq-müqavilə bazasının yaradılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Somalinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Somali tərəfindən isə xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Ali Mohamed Omar Balad rəhbərlik edib. Siyasi məsləhətləşmələr zamanı ikitərəfli siyasi və iqtisadi məsələlər, BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Hökumət missiyasına Müdafiə, Müdafiə Sənayesi, Energetika, Elm və Təhsil, İqtisadiyyat, Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri daxil olub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri