Hökumətdə qalsam, şərəfsiz addım olacaq deyən nazir istefa verdi
Icma.az bildirir, Unikal.az portalına istinadən.
Böyük Britaniyanın səhiyyə naziri Ues Stritinq vəzifəsindən istefa verib.
"Unikal" xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı məktubda Baş nazir Kir Starmerin liderliyinə etimadını itirdiyini bildirib, hökumətdə qalacağı təqdirdə, şərəfsiz və prinsipsiz addım olacağını qeyd edib.
Ues Stritinq bildirib ki, hökumətdə vizyon və istiqamət çatışmazlığı var. O, Leyboristlər Partiyasının ötən həftə keçirilən seçkilərdə ağır məğlubiyyətindən sonra partiya daxilində narazılığın artdığını vurğulayıb.
O, Baş nazirin qış mövsümündə yanacaq subsidiyalarının azaldılması və miqrasiya ilə bağlı çıxışlarını da hökumətin populyarlığını zəiflədən amillər kimi göstərib. Ues Stritinq hələlik partiya liderliyi uğrunda rəsmi mübarizəyə başlamasa da, Kir Starmerin növbəti ümumi seçkilərə Leyboristlər Partiyasının lideri kimi qatılmayacağını düşündüyünü bildirib. O qeyd edib ki, partiyanın gələcəyi ilə bağlı mümkün qədər geniş namizəd seçimi təqdim edilməlidir.
Bununla yanaşı, Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz liderlik yarışının ölkəni xaosa sürükləyə biləcəyi barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 14 May 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















