Icma.az
close
up
RU
Hökumətdən QHT layihələri barədə QƏRAR

Hökumətdən QHT layihələri barədə QƏRAR

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən və fəaliyyət istiqamətlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərə, habelə bələdiyyələrə qrant verə bilən qurumların, həmçinin Gənclər Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsinin "bir pəncərə" prinsipi əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birlikdə həyata keçirməsi Qaydası"nı təsdiq edib. SİA xəbər verir ki, bunula bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qayda "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar ölkə Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında" dövlət başçısının 29 dekabr 2025-ci il tarixli Fərmanında göstərilən donor qurumlar tərəfindən qeyri-hökumət təşkilatlarının müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilməsini "bir pəncərə" prinsipi əsasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (QHT Agentliyi) ilə birlikdə həyata keçirilməsi mexanizmini müəyyən edir.

Qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində "bir pəncərə" prinsipi əsasında əlaqələndirməni bu Qayda ilə müəyyən edilmiş mexanizm çərçivəsində "Elektron Hökumət İnformasiya Sistemi" üzərindən sahibi və operatoru QHT Agentliyi olan "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi" informasiya sistemi (Sistem) həyata keçirir. Dövlət qurumları qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi sahəsində "bir pəncərə" prinsipi üzrə məlumat mübadiləsi, sorğular, şikayətlər, müqavilə, saziş və digər sənədlərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə imzalanması daxil olmaqla bütün sənəd dövriyyəsini Sistem vasitəsilə aparır.

QHT Agentliyi donor qurumlar ilə birlikdə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə mövzu və istiqamətlərin müəyyənləşdirilməsində iştirak edir.

QHT Agentliyi hər il oktyabrın 1-dək növbəti təqvim ili üzrə donor qurumlardan onların QHT-lərə ayrılması nəzərdə tutulan maliyyə vəsaitlərinin həcmini və bölgüsünü, bu xüsusda planlaşdırılan işlərə dair ilkin tarixləri və mövzuları hazırladığı nümunəvi formalar əsasında qəbul edir, daxil olmuş məlumatları təhlil edir, təqdim olunmuş mövzuların onları təklif etmiş dövlət orqanlarının fəaliyyət istiqamətlərinə uyğunluğunu (gənclər siyasəti sahəsində qrant maliyyələşdirilməsi ilə bağlı mövzuların qiymətləndirilməsi ölkə Prezidentinin 21 oktyabr 2015-ci il tarixli nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Prezident yanında QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi-Şurası ilə, gənclər siyasəti sahəsində qrantlara münasibətdə isə həmçinin Gənclər Fondu ilə razılaşdırılması Qaydası"na uyğun aparılır) nəzərdən keçirir, donor qurumların rəylərini nəzərə almaqla, növbəti təqvim ili üzrə qeyri-hökumət təşkilatları üçün müsabiqə yolu ilə və müsabiqədənkənar yolla, dövlət sifarişləri və subsidiya daxil olmaqla bütün növ maliyyələşdirilmə üzrə planlaşdırılan işlərin ardıcıllığını müəyyənləşdirir, əlaqələndirməni aparır. Donor qurumlar "bir pəncərə" prinsipi əsasında QHT-lərin maliyyələşdirilməsi üzrə planlaşdırdıqları fəaliyyətlərə başlamazdan ən azı 1 ay əvvəl QHT Agentliyinin hazırladığı nümunəvi formalar əsasında yekun məlumatları QHT Agentliyinə təqdim edirlər. QHT Agentliyi 20 iş günü ərzində bu məlumatları təhlil edir və təqdim edilmiş fəaliyyətlərə dair rəyini verir.

Qayda donor qurumların yalnız subyekti QHT olan təsisatların maliyyələşdirilməsinə dair münasibətləri tənzimləyir. Qaydada istifadə olunan anlayışlar normativ hüquqi aktlarla müəyyən edilmiş mənaları ifadə edir. Dövlət qeydiyyatına alınmamış QHT-lər donor qurumlar tərəfindən maliyyələşdirilə bilməz.

Donor qurumlar QHT-lərin irəli sürdükləri layihələrin maliyyələşdirilməsini Mülki Məcəlləyə, "Qrant haqqında" qanuna, digər qanunlara, Prezidentin fərman və sərəncamlarına, bu Qaydaya və igər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirirlər. QHT-lərə ayrılmış maliyyə vəsaiti donor qurumlar tərəfindən Azərbaycan manatı ilə QHT-nin bank hesabına köçürülür.

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 İyun 2026 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri