Icma.az
close
up
RU
Hökumətin qərarı pozulub? 3 manata satılan məktəbli geyimi ilə bağlı İDDİA

Hökumətin qərarı pozulub? 3 manata satılan məktəbli geyimi ilə bağlı İDDİA

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Yeni tədris ili yaxınlaşdıqca valideynlər övladları üçün məktəb forması, dərs ləvazimatları almağa başlayıblar. 

Son illər ölkədə bir neçə məktəbli formasından istifadəyə üstünlük verilir.

Qeyd edək ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən 4 növ geyim formasından birinin tətbiqi ilə bağlı müvafiq qərar qəbul edib. 

Hazırda isə əsasən Bakı Tikiş Evinin istehsalı olan məktəbli formalarından istifadə edilir. Ancaq son günlər bəzi marketlərdə daha ucuz qiymətə məktəbli formaları satışa çıxarılıb ki, onların qiyməti əsasən 2,99 manat təşkil edir. 

İlk baxışda pambıq parçadan istehsal edilmədiyini görmək mümkün olsa da, həmin formaları da alan valideynlər də var.

Maraqlıdır, həmin məhsullar əvvəllər məktəbli formalarının tikilişi ilə məşğul olan Bakı Tikiş Evinin istehsalıdırmı?

Məsələ ilə bağlı Bakı Tikiş Evinin şöbə müdiri Etibar Əzimov “Cebheinfo.az”-a bildirib ki, fabrik endirim qiymətlərini bütün mağazalarında qeyd edib:

“Ancaq bizim məhsullar 2 manata deyil.  Ümumiyyətlə, 2 manata məktəbli geyimi olar? Mən marketlərdə satışda olan həmin məktəbli formalarını görməmişəm. Hansı qiymətə satdıqları onların öz işləridir. Biz öz məhsulumuza cavabdehik. Bizim malın həm sertifikatı var, həm də keyfiyyətlidir. Hazırda satış gedir. Biz malımıza zəmanət veririk. Belə ki, bizim məhsulların 1 il zəmanəti var.

O ki qaldı marketlərdə satılan mallara onların üzərində kimin malı olduğu yazılıb. Mən bildiyim qədər yerli istehsaldır. Ancaq dəqiq bizimki deyil. Biz o qiymətə mal sata bilmərik. Qısaqol məktəbli köynəyini 12 manatdan 8 manata endirmişik, 33 faiz endirim etmişik. Şalvar, ətəklər isə 20 manatdan 15 manata endirilib. Yəni müəyyən endirimlər etmişik. Ancaq 3 manata məhsul sata bilmərik”. 

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən 100 faiz pambıq parçadan olmalıdır:

“Həmin 3 manat onun heç material pulunu etmir. Kim haradan gətiribsə, gərək özləri cavab versinlər”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: məktəbli formasi Bakı Tikiş Evi Etibar Əzimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri