Icma.az
close
up
RU
Hökumətin yeni Bakı planı bundan sonra...

Hökumətin yeni Bakı planı bundan sonra...

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı şəhərində 2040-cı ilə qədər 200 min mənzilin inşası planlaşdırılır. Bu barədə Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda məlumat verilib. Qeyd olunub ki, Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib.

Baş plana əsasən, 2040-cı ilə qədər paytaxtda adambaşına düşən ümumi mənzil sahəsinin 20,8 kvadratmetrdən 25 kvadratmetrə qədər artırılması nəzərdə tutulur. Əhali proqnozlarına əsasən aparılan hesablamalara görə, həmin dövrədək Bakıda əlavə olaraq təxminən 142,8 min mənzilə tələbat yaranacaq.

Əhalinin mənzil tələbatını ödəmək məqsədilə tikiləcək binalar üçün təxminən 9 min hektar ərazi nəzərdə tutulur. Bu sahədə təqribən 200 min mənzilin inşası mümkün hesab olunur. Bu isə 2027-ci ilə qədər yaranacaq 49,9 min, 2040-cı ilə qədər isə 92,8 min mənzilə olan tələbatın qarşılanması üçün kifayət edəcək.

Məlumata görə, 2023-cü ildə Bakıda 6 443 mənzil (481,6 min kvadratmetr), 2024-cü ildə 11 min mənzil (933,6 min kvadratmetr), 2025-ci ildə isə 9 711 mənzilin (870,8 min kvadratmetr) istismarına icazə verilib.

Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş şəhərsalma sənədləri əsasında verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Baş plana uyğun olaraq mütəmadi şəkildə mənzil tikintisi layihələri üzrə planlaşdırma sənədləri təsdiq olunur və həmin sənədlər əsasında tikinti layihələrinə icazə verilir.

Komitənin məlumatına görə, təsdiq edilmiş planlaşdırma sənədləri əsasında mənzil fondunun ümumi həcmi 2023-cü ildə 1 milyon 745 min kvadratmetr, 2024-cü ildə 1 milyon 632 min kvadratmetr, 2025-ci ildə isə 1 milyon 760 min kvadratmetr təşkil edib.

Yeni tikililər şəhərin yükünü artıracaq?

Mövzu ilə bağlı Azərbaycanın tanınmış memarı, professor Cahid Həsənov Musavat.com-a bildirib ki, yeni binaların tikintisi ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar mövcuddur. Onun sözlərinə görə, bəzi insanlar hesab edir ki, şəhərin prospekt və küçələri mövcud tikinti tempinə belə çətinliklə tab gətirir və binaların sayının artması vəziyyəti daha da ağırlaşdıra bilər.

Memar qeyd edib ki, məsələyə başqa tərəfdən də baxmaq lazımdır:

“Əslində bu artımın əsas səbəbi yeni ərazilərin sıx şəkildə tikilməsi deyil. Söhbət daha çox sovet dövründən qalan köhnə yaşayış fondunun yenilənməsindən gedir. Həmin dövrdə tikilmiş üç, dörd və beşmərtəbəli binaların, xüsusilə “xruşşovka” tipli yaşayış binalarının istismar müddəti artıq başa çatmaq üzrədir. Buna görə də onların sökülərək yerində daha müasir binaların tikilməsi planlaşdırılır”.


Ekspertin sözlərinə görə, məsələn, yüzə yaxın köhnə binanın söküldüyü ərazidə onların yerində 8–12 mərtəbəli yeni binalar tikilə bilər. Bununla yanaşı, həmin ərazilərin bir hissəsində yaşıllıq zonaları və istirahət məkanlarının yaradılması da nəzərdə tutulur:

“Yəni məqsəd köhnə binaların sayını eyni sayda yeni binalarla əvəz etmək deyil. Məqsəd ərazidən daha səmərəli istifadə etməkdir”, – deyə memar vurğulayıb.

Onun fikrincə, bu yanaşma xüsusilə Bakı şəhərinin inkişaf planında nəzərə alınıb. Belə ki, əvvəllər 3–5 mərtəbəli binaların yerləşdiyi ərazilərdə daha az sayda, lakin daha hündür binalar tikməklə həm yaşayış fondu artırılır, həm də boş qalan sahələrdə parklar və ictimai məkanlar yaradılır.

Memar əlavə edib ki, əsas məsələ şəhərin infrastrukturunun düzgün planlaşdırılmasıdır. Əgər yollar, prospektlər və küçələr bir-biri ilə düzgün əlaqələndirilərsə, yeni binaların tikilməsi ciddi problemlər yaratmaya bilər.

“Bu qaydalara əməl olunarsa, şəhərdə təkcə 200 deyil, daha çox binanın tikilməsi belə nəqliyyat baxımından ciddi gərginlik yaratmaya bilər. İnsanları narahat edən əsas məsələ küçə və prospektlərin ötürücülük qabiliyyətidir”, – deyə o bildirib. Digər tərəfdən, şəhərin Baş planında metro stansiyalarının sayının artırılması və ictimai nəqliyyatın inkişafı da nəzərdə tutulur. Bu isə şəxsi avtomobillərdən istifadənin azalmasına və yolların yükünün yüngülləşməsinə kömək edə bilər.

Yeni tikililər qiymətləri sabitləşdirə bilər

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov isə Musavat.com-a bildirib ki, yeni binaların tikilməsi daha çox daşınmaz əmlak bazarının yenilənməsi və qiymətlərin sabitləşdirilməsi ilə bağlıdır. Onun sözlərinə görə, son illərdə tikinti sektorunda aktivliyin azalması qiymətlərin ciddi şəkildə artmasına səbəb olub.

“Son 5–6 il ərzində daşınmaz əmlak qiymətləri təxminən 70 faizə qədər bahalaşıb. Bu isə həm iqtisadiyyat, həm vətəndaşlar, həm də bazar iştirakçıları üçün müəyyən çətinliklər yaradıb. Bu vəziyyəti balanslaşdırmaq üçün bazarda tikinti şirkətlərinin fəallığının artması və yaşayış fondunun yenilənməsi vacibdir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, ölkədə çoxlu sayda köhnə yaşayış binaları mövcuddur. Hesablamalara görə, Azərbaycanda 20 mindən çox yaşayış binasının istismar müddəti başa çatmaq üzrədir.


Ekspert qeyd edib ki, son illərdə tikinti icazələrinin azalması bazarda rəqabəti zəiflədir və bu da qiymətlərin artmasına təsir göstərir. Yeni binaların tikilməsi isə bazarda təklifin artmasına və qiymətlərin müəyyən qədər sabitləşməsinə kömək edə bilər. Elnur Azadovun sözlərinə görə, Bakıda təxminən 1100 bina qəzalı və ya qismən qəzalı vəziyyətdədir. Bundan əlavə, 16 minə yaxın binanın istismar müddəti başa çatıb.

“Bu binaların vaxtında yenilənməməsi gələcəkdə sakinlər üçün ciddi təhlükə yarada bilər. Ona görə də köhnə və qəzalı binaların mərhələli şəkildə sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi qaçılmaz prosesdir”, – deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Mart 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see314

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see311

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see298

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see251

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see247

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see245

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see240

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see238

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see236

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see226

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see205

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see205

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see203

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see203

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see201

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see197

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri