Holand Milad bayramı ilə bağlı ən böyük arzusunu dilə gətirib
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Sosial şəbəkə istifadəçiləri Norveç yığmasının və “Mançester Siti”nin hücumçusu Erlinq Holandın sosial media hesabına yazaraq ondan Milad bayramı ilə bağlı ən böyük arzunu soruşublar.
İdman.Biz xəbər verir ki, Holand bu suala bir cümlə ilə cavab verib: “Bütün dünyada sülh!”
Holand 2022-ci ilin yayından bəri “Siti” klubunda oynayır. Bu müddət ərzində norveçli hücumçu bütün yarışlarda 168 oyunda meydana çıxıb, 147 qol vurub və 24 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 200 milyon avrodur.
İngiltərə Premyer Liqasının cari mövsümünün 16 turundan sonra “Mançester Siti” 34 xala malikdir və ikinci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 19 Dekabr 2025 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















